Neft ölkələrinin gözü Sankt-Peterburqda
Bu gün Neft İxrac edən Ölkələr Birliyi OPEC və təşkilata üzv olmayan digər ölkələr Rusiyanın Sankt-Peterburq şəhərində hasilatın məhdudlaşdırması razılaşmasına əməletməni və müqavilənin effektivliyini müzakirə edəcəklər.
"Marja" xəbər verir ki, sözügedən ölkələr xam neft istehsalını azaldırar. Azaldılan həcmlərin artırılacağı ehtimalının aşağı olduğunu bildirən mütəxəssislər, bunun da neftin qiymətlərini aşağı saldığını qeyd edirlər.
Neft qiymətləri ötən həftə 1.7% düşdükdən sonra bazar ertəsi günü çox dəyişməyib.
Mövzu haqqında məlumata malik mənbələrə görə, hasilatın azaldılması müqaviləsindən azad olan Nigeriya və Liviyanın istehsallarının məhdudlaşdırılması məsələsi Sankt-Peterburqda keçiriləcək toplantının gündəmində olmayacaq.
Digər tərəfdən, Baker Hughes Inc.-ının məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı bir ədəd azalıb.
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Neft, artan qlobal təklifin Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının hasilatlarını azaltmalarının təsirlərini silə biləcəyi narahatçılığı ilə "ayı" bazarında qalmaqda davam edir.
JP Morgan Chse & Co.-ya görə, bəzi üzvlərin müqaviləyə əməl etməyəcəklərini açıqlamasının ardınan, domino təsiri riski ilə əlaqədar olaraq, OPEC yəqin ki, ilin sonuna doğru hasilatın azaldılması öhdəliyinə daha az tabe olacaqdır.
ÜRƏKLƏ AL, ÜRƏKLƏ SÜR - TAM YENİ ACCENT
Nigeriya və Liviya son aylar hasilatlarını çoxlarının düşündüyündən daha sürətli artırıblar. Eyni zamanda ABŞ-da neft hasilatı artır. Bu səbəbdən neft qiymətləri aşağı düşüb.
Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 45.87 dollardan, Brent nefti Londonda ICE Futures Europe birjasında 48.22 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 8 saat sonra
-
-
5 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
13 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
16 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)
.jpg)







.jpg)






