Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Gais”, “Malwation” və “PEYK” Kibertəhlükəsizlik Texnologiyaları Anonim Şirkətləri ilə əməkdaşlıq çərçivəsində “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub.
Komitənin yaydığı məlumatda bildirilir ki, bu münasibətlə Akademiyada laboratoriyanın açılışı və hər üç şirkətlə Anlaşma Memorandumlarının imzalanması mərasimi keçirilib.
Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Türkiyənin Azərbaycandakı Səfirliyinin, “Gais”, “Malwation”, “PEYK” şirkətlərinin, həmçinin əlaqədar dövlət və özəl qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə kibertəhlükəsizliyin, bu sahədə ixtisaslı, hərtərəfli biliklərə malik kadrların yetişdirilməsinin əhəmiyyətindən bəhs edilib, Akademiyanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib.
Laboratoriyanın açılışında iştirak edən qonaqlar həmçinin Akademiyada yerli və xarici mütəxəssislər tərəfindən dərs və məşğələlərin tədris olunduğu kibertəhlükəsizlik üzrə yay məktəbinin iştirakçısı olan tələbələrlə də görüşüblər.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (VULPMP - Mərkəzi pentest idarəetmə, AIMA - Zərərli proqramların təhlili sistemi, MSP - Zərərli proqram simulyasiya platforması və digər kiber monitorinq alətləri) “Gais Cyber Security”, “Malwation” və “PEYK” kibertəhlükəsizlik məhsullarından istifadə və kritik sistemlərə nəzarət etmə imkanı verəcək. “Gais” kibertəhlükəsizlik şirkəti VULPMP proqram təminatını, “PEYK” şirkəti veb-saytların monitorinqi üçün qabaqcıl alətləri, “Malwation” şirkəti isə hazırda ölkədə və dünyada tanınan AİMA, MSP və CDR kimi proqram təminatını təklif edir.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
48 d. əvvəl
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan bazarına da nəzarət edən Coca-Cola şirkəti dividend ödənişinə hazırlaşır
Hind rupisinə zərbə: Tarixi minimumda
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
Ən çox oxunanlar
“PAŞA Həyat Sığorta”da yeni təyinat
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Rəsmi məzənnələr açıqlandı



























