Avropa Mərkəzi Bankından nə gözlənilir?
Avropa Mərkəzi Bankının (AMB, ECB) iyul ayı toplantısında uçot dərəcəsini 0,25 faiz bəndi də artıracağı gözlənilsə də, bunun Bankın son faiz artımı ola biləcəyinə dair proqnozlar güclənib. Avro Bölgəsində davam edən inflyasiya təzyiqlərinə baxmayaraq, Satınalma Menecerləri İndeksi məlumatlarının azalması son faiz artımının bu ay olacağı proqnozlarına səbəb olub.Bu gün Avropa Mərkəzi Bankı (AMB, ECB) faiz qərarını açıqlayacaq. Marja.az xəbər verir ki, Bankın faizlərini 0,25 faiz bəndi də artıracağı gözlənilir. Bankın depozit hesabı dərəcəsini 3,50%-dən 3,75%-ə, əsas faiz dərəcəsini 4.00%-dən 4.25%-ə çatdıracağı nəzərdə tutulur.
Avro Bölgəsində əsas inflyasiya "inadkar" olaraq qalır. İnflyasiya dilemmasında ilişib qalan mərkəzi bankın mesajları gələcək üçün vacibdir.
Bankın ilin sonuna qədər faiz dərəcələrini cəmi 0,50 faiz bəndi artıracağı ilə bağlı proqnozlara baxmayaraq, son artımın iyul ayında ola biləcəyi gözləntiləri güclənib.
Avro Bölgəsində davam edən inflyasiya təzyiqlərinə baxmayaraq, Satınalma Menecerləri İndeksi (PMI) məlumatlarının azalması bu ayın son faiz artımı ilə bağlı proqnozları dəstəkləyib.
"ECB 2024-cü ildə faiz dərəcələrini aşağı salmayacaq"
"Commerzbank"ın baş iqtisadçısı Marko Vaqner Avropanın iqtisadi narahatlıqlarının getdikcə daha çox ön plana çıxdığını vurğulayıb.
Vaqner, ECB-nin həddindən artıq optimist iqtisadi artım proqnozunu sentyabr ayında aşağıya doğru yenidən nəzərdən keçirməsi ehtimalının yüksək olduğunu bildirib.
"Bu kontekstdə, bazar hələ də sentyabr ayında da faizlərin artırılacağını qiymətlənsə belə, ECB, ehtimal ki, faiz artımlarını bu həftə dayandıracaq. ECB 2024-cü ildə faiz dərəcələrini aşağı salmayacaq. Çünki Avro Bölgəsi inflyasiyanın azalması şərtləri baxımdan ABŞ-dan geri qalır”, - deyə Vaqner bildirib.
ECB-nin sentyabr ayında faiz dərəcələrini 0,25 faiz bəndi də artıracağı ehtimalı hazırda 60 faizdir.
Bu gün ECB faiz qərarını Bakı vaxtı ilə 16:15-də açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
7 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
7 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
23 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 29 d. əvvəl
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB













.jpg)









