SOCAR-ın daha bir vitse-prezidenti vəzifəsindən azad edildi
12 il SOCAR-ın vitse-prezidenti işlədiRəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsindən azad edilib.
Marja xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı fakültəsini "mühəndis geoloq" ixtisası üzrə bitirib. 1975-1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olub. 1981-ci ildə geologiya-minerologiya elmləri üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1985-1999-cu illərdə Azərbaycan Dövlət Universitetinin laboratoriyasında elmi işçi, baş elmi işçi və laboratoriya rəhbəri vəzifələrində çalışıb. ABŞ-ın Hyuston şəhərinin HARC elmi-tədqiqat Mərkəzində, Norveçin Tronheym şəhərində “Geolab” şirkətində və “Statoil” şirkətinin “Reserch Center” mərkəzində işləyib.
1999-2011-ci illərdə ARDNŞ-nin təsis etdiyi “Azlab” MMC-nin Baş direktoru olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci ildən ARDNŞ-nin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.
O, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin həyat yoldaşıdır.
Xatırladaq ki, 28 İyul 2023-cü il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamlar ilə Xalik Məmmədov, Bədəl Bədəlov, Daşqın İskəndərov, Süleyman Qasımov və Yaşar Lətifov Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad ediliblər. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı digər sərəncamlar ilə Ziba Mustafayeva, Arzu Cavadova, İsmayıl Zərgərli, Babək Hüseynov, Əfqan İsayev, Anar Məmmədov, Fuad Musayev Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin ediliblər.
XXX
R.A.Hüseyn-zadənin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2023-cü il
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
29 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
43 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq






















