Wolt-ın Azərbaycanda fəaliyyətinin dayandırılmasına səbəb olan detallar açıqlanıb
Hava istidir, Wolt-ın daşıdığı qida məhsulları insan sağlamlığına ciddi fəsadlar yarada bilərmişAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi saytlarda və sosial şəbəkələrdə “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Agentlikdən qeyd olunub ki, AQTA-nın rəsmi olaraq yaydığı məlumatda da bildirildiyi kimi, burada qərar qida məhsullarının çatdırılması (daşınması) zamanı aşkarlanmış nöqsanlarla əlaqədar konkret istiqamətləri əhatə edir.
Agentlik bildirir ki, məhdudiyyət yoxlama zamanı konkret olaraq aşkar olunmuş qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmaması, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydalarının pozulması, nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmaması, tələblərə cavab verməyən termo çantalarla həyata keçirilməsi, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçməməsi kimi istiqamətlərini əhatə edir.
Bildiririk ki, ümumiyyətlə, qida zəncirinin bütün mərhələlərində qanunvericiliyin tələblərinə əməl olunmalıdır.
Havaların anormal keçməsi bu məsələni daha da aktuallaşdırır.
Belə ki, xüsusilə isti yay aylarında qida məhsullarının daşınması, saxlanması ilə bağlı hər hansı bir qanunvericiliyin tələblərinin pozulması insan sağlamlığına ciddi fəsadlar yarada bilər.
Agentlik bu istiqamətdə fəaliyyətini davam etdirəcək və nəzarət tədbirlərini daha da genişləndirəcəkdir.
Həmçinin oxu
“Volt Azərbaycan” şirkətinin fəaliyyəti dayandırıldıMüştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 d. əvvəl
-
- 29 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq
























