“Sirab” şahmat üzrə Dünya Kubokunun rəsmi tərəfdaşı olub
Azərbaycan paytaxtı növbəti mötəbər yarışa ev sahibliyi edib. 30 iyul-25 avqust tarixlərində Bakıda Şahmat üzrə Dünya Kuboku keçirilib. Sayca 10-cu dəfə təşkil olunan Dünya Kubokunun “Open” yarışında 309 şahmatçı iştirak edib. Azərbaycan şahmatçısı Nicat Abbasov yarımfinala qədər irəliləməklə Dünya Kubokunda ən güclü dörd iştirakçısından birinə çevrilib.
Bakıda ikinci dəfə keçirilən Dünya Kubokunun su təminatçısı “Sirab” olub. 24 gün ərzində bütün iştirakçılar “Sirab” ilə su ehtiyaclarını qarşılamışdır.
“Sirab”ın CEO-su Alper Yaycılı Dünya Kubokunda tərəfdaş olmaqlarından məmnun olduğunu bildirib:
“Azərbaycan dünyada şahmat ölkəsi kimi böyük nüfuz sahibidir. Bakıda daim beynəlxalq şahmat yarışları təşkil olunur. Şahmat üzrə Dünya Kuboku kimi nüfuzlu turnirin bir hissəsi olmaq bizim üçün çox önəmlidir. Şahmatçıların yarış zamanı ən çox istifadə etdiyi qida məhz sudur. Bir ay ərzində Dünya Kubokunda iştirak edən 309 şahmatçının məhz “Sirab”ı seçməsi qürurvericidir. Burada çempion şahmatçılar çempion marka olan “Sirab”la birgə mübarizə aparıb. Dünya Kubokunda zəka sahiblərinin yanında olmaq bizə çox xoşdur”.
“Sirab” rəsmisi gələcəkdə də Azərbaycandakı idman tədbirlərində yaxından iştirak edəcəklərini sözlərinə əlavə edib:
“Azərbaycanda dövlət idmanın inkişafı üçün daim diqqət və qayğı göstərib. Biz də çalışırıq idman layihələrindən kənarda qalmayaq. “Sirab” uzun müddətdir futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın tərəfdaşıdır, su təminatçısıdır. Digər layihələrdə də mütəmadi olaraq yaxından iştirak etmişik. Bundan sonra da “Sirab”ı Azərbaycanda idman tədbirlərində görəcəksiniz”.
Qeyd edək ki, “Sirab” rəhbərliyi Dünya Kubokunun bağlanış mərasimində iştirak edərək Azərbaycan şahmatçısı Nicat Abasovla görüşüb və onu yarışda uğurlu çıxış etməsi münasibət ilə təbrik edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























