Cabbarov “Total Energies”nin baş icraçı direktoru ilə görüşüb
İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüblər.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib, SOCAR-la “Total Energies” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.
Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi ölkəmizin istehsal imkanlarını artırmaqla yanaşı, dünya miqyasında enerji ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.
Tərəflər neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, perspektiv layihələr, həmçinin bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə də müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















