3 gün davam edəcək Üzüm və Şərab Festivalı keçiriləcək
Sentyabrın 29-da Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxıda Üzüm və Şərab Festivalı keçiriləcək.
Üç gün davam edəcək festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırmaqdır.
Qeyd edək ki, 2019-cu ildə keçirilən ilk Üzüm və Şərab Festivalı günlərində şərabçılıqla bağlı müxtəlif tədbirlər - şərab dequstasiyaları, yarmarkalar, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə somelye kursları, musiqili proqramlar, əyləncələr təşkil olunmuşdu. Festival ilk dəfədən yerli sakinlər və qonaqların böyük marağına səbəb olmuşdu.
Bu il keçiriləcək festivalda da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər olacaq. Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisi sərgi, əyləncə, uşaq, piknik, suvenir və digər zonalara bölünəcək, şərab və yemək pavilyonları quraşdırılacaq. Ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.
Festival şərab istehsalçılarına yeni işguzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq imkanı yaradacaq. Ziyarətçilər festival günlərində maraqlı şou proqramın da iştirakçısı olacaqlar. Tədbirdə iştirak iTicket.az saytı vasitəsi ilə mümkündür.
Festival oktyabrın 1-də başa çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


