“Rəqəmsal İpək Yolu” layihəsi Almatıda GCCM 2023 tədbirində təqdim edilib
(®) Avropanı Mərkəzi və Cənubi Asiya ilə bağlayacaq rəqəmsal telekommunikasiya dəhlizinin formalaşmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsi 5 və 6 sentyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş GCCM 2023 tədbirində təqdim olunub.
Tədbir innovativ həlləri araşdırmaq, ideyaları bölüşmək və müxtəlif telekommunikasiya seqmentlərində işgüzar əlaqələr qurmaq üçün 40-dan çox ölkədən olan şirkətləri bir araya gətirib.
GCCM tədbiri zamanı AzerTelecom şirkəti Azərbaycan vasitəsilə qitələr arasında müasir telekommunikasiya infrastrukturunun yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” layihəsini təqdim edib. “Rəqəmsal İpək Yolu” Gürcüstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və digər ölkələrin ərazilərindən keçərək rəqəmsal rabitənin sərhədlərini genişləndirəcək və ucqar ərazilərə bağlantı xidmətləri təqdim edəcək.
AzerTelecom şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenko şirkətin digər nümayəndələri ilə birlikdə Asiya və Avropa ölkələrinin müxtəlif beynəlxalq operatorları - telekommunikasiya şirkətləri ilə görüşlər keçirib. Azərbaycanın regional bağlantı xidmətlərini yaxşılaşdırmaq üçün güclü rəqəmsal infrastrukturun qurulmasında strateji əhəmiyyəti və bunun üçün “Rəqəmsal İpək Yolu” layihəsinin icrası keçirilmiş müzakirələrin əsas mövzusu olub. Layihənin məqsədləri və üstünlükləri tədbir iştirakçılarının mühüm diqqətini çəkib.
AzerTelecom və Kazakhtelecom arasında strateji əməkdaşlıq əsasında həyata keçirilən və “Rəqəmsal İpək Yolu” meqalayihəsinin əsas komponentlərindən biri olan Transxəzər Fiber Optik Kabel Xətti layihəsi görüşlər zamanı telekommunikasiya operatorlarına təqdim olunub. Bildirilib ki, Transxəzər Fiber Optik Kabel Xətti 380 km uzunluğunda olaraq 400 terabit/s-ə qədər datanın ötürülməsini həyata keçirəcək. “Rəqəmsal İpək Yolu” marşrutunun müxtəlif seqmentlərini birləşdirməklə yanaşı, bu çoxterabitli məlumatların nəqlini təmin edəcək fiber-optik magistral xətt regionda telekommunikasiya sənayesinin inkişafına və beynəlxalq iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
AzerTelecom Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. NEQSOL Holding müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







