Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələləri müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixter arasında videokonfrans formatında görüş keçirilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İCabbarov yüksək səviyyəli əlaqələrə malik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb, Azərbaycanda əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verib. Nazir İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması, əməkdaşlığın inkişafı imkanlarını diqqətə çatdırıb, bu ölkədən olan iş adamlarını Azərbaycanın işgüzar mühitindən yararlanmağa və fəal tərəfdaşlığa dəvət edib.
Avi Dixter ölkəsinin Azərbaycanla iqtisadi, o cümlədən aqrar sahədə əməkdaşlığın inkişafına mühüm önəm verdiyini qeyd edib, tərəfdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər investisiya, ərzaq təhlükəsizliyi, su təsərrüfatı, kənd təsərrüfatı və bu sahədə elmi-tədqiqat üzrə əməkdaşlığın inkişaf perspektivlərini, Azərbaycan məhsullarının İsrailə ixracının artırılması məsələlərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























