İranlı professor Bakıda xəstələrə narkotik tərkibli dərman verirmiş
Bakıda yerləşən İran Klinikasının ortoped həkimi, tibb elmləri üzrə professor Seıf Bargihı Tohıd Rahman ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, iranlı həkim narkotik tərkibli vasitələri və digər güclü təsiredici dərmanları gömrük postunda bəyan etmədən Bakıya gətirib.
Professor hava limanında yoxlama zamanı gömrükçülər tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) 234.2 (narkotik əldə etmə, hazırlama, satma) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində Bakıdan çıxması qadağan edilməsi şərti ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Anket məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Tehran Universitetinin professoru, həmçinin FİFA-nın dopinq və tibbi işlər üzrə məmurudur. O, eyni zamanda Səhiyyə Xidmətləri Universitetinin nəzdində “İmam Xomeyni” xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin klinikasında (“İran klinikası”) ortoped həkim kimi işləyir. Professor hər ay 7-10 gün ərzində Azərbaycana gələrək, “İran klinikası”nda xəstələri müayinə və müalicə edib.
Seıf Bargihı Tohıd Rahman məhkəmədə verilmiş ittihamlarla özünü təqsirli bilib.
O, ifadəsində narkotik tərkibli vasitələri və dərmanları müalicə məqsədilə tətbiq etdiyini bildirib: “Həmin dərmanları mənə Tehranda olarkən xeyriyyə məqsədilə vermişdilər. Bakıya gələndə isə həmin dərmanları burada ehtiyacı olan xəstələrə verməyi düşünərək özümlə götürdüm. Bakıdakı pasiyentlərimdən birində “Parkinson” xəstəliyinin əlamətləri var idi. Həmin dərmanlar da ona müsbət təsir edirdi. Qiyməti də elə baha olmadığına görə heç pul da almırdım. Bir müddət sonra pasiyentin vəziyyəti ilə bağlı iranlı tanış həkimlə söhbət etdim. Tövsiyə etdi ki, bundan sonra nisbətən yüngül təsirli dərman vasitələrindən istifadə olunmalıdır. Dediyim kimi, xanım pasiyentin maddi imkanı olmadığından digər dərmanları da mən alıb gətirməli oldum. Nə psixotrop, nə də güclü təsir edən dərmanları qazanc əldə etmək üçün gətirmişəm. Yeganə məqsədim xəstələrə yardım edərək həkim kimi məndən razı qalmaları olub”.
İttiham olunan professor Azərbaycanda olduğu müddətdə dörd yüzdən çox xəstəni təmənnasız müalicə və müayinə etməsini, rəsmi icazə olduğu müddətcə müalicə və müayinə etməyi davam etdirdiyini nəzərə alaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edib.
Hökmə əsasən Seıf Bargihı Tohıd Rahman 10 min manat cərimə cəzasına məhkum edilib. Professor cəriməni ödəyən kimi dərhal ölkəsinə qayıdıb.
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 57 d. əvvəl
-
-
1 saat əvvəl
Dubay və Əbu-Dabidə ev almaq üçün 72 saatlıq fürsət – Ramazan endirimləri olacaq
-
1 saat əvvəl
Dövlət qurumlarının bank əməliyyatlarına nəzarət gücləndirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
- 2 saat əvvəl
-
15 saat əvvəl
Macarıstan Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro krediti bloklayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan neftinin son qiyməti
Apple istehsalının bir hissəsini ABŞ-yə köçürür
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda armatur istehsalı 15 faizə yaxın azalıb
Ən çox oxunanlar
Volvo 40 mindən çox EX30 elektromobilini geri çağıracaq - batareyaları həddindən artıq qızır
Xalq artisti karton-kağız biznesinə daxil olub
Azercell “Böhran İdarəetmə Qrupu” çərçivəsində dayanıqlı rabitə modelini gücləndirir
"AzRe Təkrarsığorta"nın xalis mənfəəti 8 faizə yaxın azalıb
Finlandiya şirkəti Avropada ilk kvant hesablama şirkətlərindən biri kimi birjaya çıxmağı planlaşdırır
AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb
"Gilead Sciences" xərçəng dərmanı inkişaf etdirən "Arcellx"i 7,8 milyard dollara almağı planlaşdırır





















