“PAŞA Holding” şəhid övladlarına məktəbli ləvazimatları təqdim edib
Dəstək “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində göstərilib.Daha öncə də bildirildiyi kimi, PAŞA Holding 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları üçün sosial dəstək proqramı həyata keçirir.
Proqram çərçivəsində sözügedən övladlara yeni dərs ilinin gəlməsi münasibəti ilə məktəbli ləvazimatları təqdim olunub.
Təqdim edilmə prosesi Bravo əməkdaşları və "Regional İnkişaf İctimai Birliyi"nin könülüllülərinin dəstəyi ilə həyata keçirilib.
Belə ki, ümumilikdə layihə çərçivəsində 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhid olan şəxslərin 1100-ə yaxın məktəbli övladı dərs ləvazimatları ilə təmin ediliblər.
Xatırladaq ki, cari proqrama səhiyyə sahəsi də daxildir. Belə ki, ümumilikdə 1700-ə yaxın 18 yaşadək olan şəhid övladları PAŞA Holding və PAŞA Sığorta tərəfindən sığorta paketi ilə də təmin olunublar ki, bu paket digər xidmətlər ilə yanaşı stomotoloji, eləcə də xroniki xəstəliklərin müayinəsi və müalicəsini nəzərdə tutur. Eyni zamanda, proqram çərçivəsində şəhid övladlarına Yeni il, Novruz Bayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətilə PAŞA Holding və Bravo supermarketlər şəbəkəsi tərəfindən bayram sovqatlarının təqdim edilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 11 saat əvvəl
-
- 12 saat əvvəl
-
13 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























