Ağalı kəndinin məktəbliləri yeni tədris ilinə Azercell ilə birlikdə başlayır!
(®) “Azercell Telekom” MMC-nin əməkdaşları Zəngilan rayonunun Ağalı kəndində azyaşlı sakinləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.
Azercell-in Ağalı kəndində fəaliyyət göstərən rəsmi satış və servis mərkəzinin qarşısında həyata keçirilən tədbirdə təhsilə marağın daha da artırılması üçün şirkət tərəfindən şagirdlərə məktəb ləvazimatları təqdim edildi. “Azercell könüllüləri”nin təşəbbüsü ilə məktəb yaşına qədər uşaqlara da müxtəlif hədiyyələr verildi. Həmçinin bütün tədbir iştirakçılarına internet paketləri hədiyyə olundu.
Tədbir çərçivəsində uşaqlar üçün musiqili əyləncə proqramı və müsabiqələr də keçirildi.
Xatırladaq ki, “ağıllı kənd” konsepsiyası ilə tikilən Ağalı kəndində 2022-ci ilin iyunundan etibarən, Şuşa şəhərində isə ötən ilin avqust ayından bəri “Azercell Telekom” MMC-nin rəsmi satış və xidmət məntəqəsi fəaliyyət göstərir. Yüksək standartlara uyğun müştəri xidmətləri üçün bütün şərait və ən müasir avadanlıqlarla təmin olunmuş məntəqələrdə əksər abunəçi əməliyyatları icra olunur.
“Azercell Telecom” MMC işğaldan azad edilmiş ərazilərdə mobil telekommunikasiya infraskturunu quran ilk operatordur. Bu əraziləri keyfiyyətli şəbəkə ilə əhatə etmək, doğma torpaqlara qayıdan vətəndaşların həyatını mobil bağlantı vasitəsilə daha rahat və çevik etmək üçün bu günə kimi Azercell Qarabağ və ətraf rayonlarda 100-dən çox baza stansiyası quraşdırıb və bu istiqamətdə işləri davam etdirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























