Azərbaycanın qış turizmi imkanları Qazaxıstanda və Rusiyada təbliğ edilib
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Almatı və Astana, Rusiyanın Yekaterinburq, Moskva və Sankt-Peterburq şəhərlərində silsilə təbliğat tədbirləri keçirib.
Bu barədə Agentliyə istinadən xəbər verilir.
Məlumata görə, tədbirlərin təşkilində məqsəd Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələrini Azərbaycanda qış mövsümündə təklif edilən turizm məhsulları haqqında məlumatlandırmaq, həmçinin Azərbaycanın turizm sənayesi nümayəndələri ilə Qazaxıstanın və Rusiyanın turizm şirkətlərinin nümayəndələri arasında B2B (Biznesdən biznesə) formatında görüşlərin təşkil edilməsidir.
Silsilə tədbirlərdə ATB ilə birgə “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ Turizm Mərkəzi" QSC, gəlmə turizmi üzrə ixtisaslaşmış yerli turizm şirkətləri, Bakıda və regionlarda fəaliyyət göstərən hotellər və müalicəvi kurortlar təmsil olunublar.
Qazaxıstanın turizm sənayesi təmsilçiləri ilə görüşlər zamanı Azərbaycana səfər edən qazaxıstanlı turistlərin kateqoriyasında dəyişikliyin qeydə alındığı bildirilib.
Belə ki, bundan əvvəl Azərbaycanın müalicəvi kurortlarına daha çox maraq müşahidə edilirdisə, son zamanlar Azərbaycan, xüsusilə Bakı şəhəri Qazaxıstanda gənclər arasında populyar destinasiyalardan birinə çevrilib.
Qazaxıstanın Almatı, Astana, Aktau, Aktobe şəhərlərindən Bakıya birbaşa uçuşların olmasının qarşılıqlı turist səfərlərinə töhfə verdiyi qeyd olunub.
Həmçinin Rusiya turizm şirkətləri ilə görüşlərdə rusiyalı turistlər tərəfindən Azərbaycanda fəaliyyət göstərən dağ-xizək kurortlarına marağın artdığı diqqətə çatdırılıb.
2023-cü ilin yanvar-avqust aylarında Qazaxıstandan 35 471 nəfər, Rusiyadan 426 177 nəfər Azərbaycana səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 85% və 62% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 12 saat sonra
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























