"Veysəloğlu" rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür - Yeni layihə
"Satışın İdarəedilməsi" dərsində ilk qonaq Şirkətlər Qrupunun CEO-su Burak DənizdirVeysəloğlu Şirkətlər Qrupu Azərbaycan Dövlət İqtisad Univesiteti (UNEC) ilə birgə yeni layihəyə başlayıb.
Layihə çərçivəsində Şirkətlər Qrupunun rəhbər şəxsləri tədrisi türk dilində olan fakültənin son kurs tələbələrinə "Satışın İdarəedilməsi" və “Pərakəndəçilik” mövzusunda öz biznes təcrüblərini bölüşəcək.
"Satışın İdarəedilməsi" dərsində ilk qonaq Veyəloğlu Şirkətlər Qrup CEO-su Burak Dəniz olub. O, strategiya, vizyon, missiya və şirkət dəyərlərinin əhəmiyyətindən real nümunələrlə bəhs edib.
Burak Dəniz karyerasında qarşılaşdığı maraqlı məqamları tələbələrlə bölüşərək onlara uğurlu biznes qurmaqla bağlı tövsiyələr verib.
Qeyd edək ki, layihənin məqsədi tələbələrin real biznes mühitinə keçidini sürətləndirmək və belə böyük şirkətlərin layihələrinə tələbələrin inteqrasiyasını sürətləndirməkdir.
Veysəloğlu Şirkətlər Qrupu ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirərək tələbə və məzunların biznes sahəsinə cəlb edilməsinə dəstək olmağa davam edir.
Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə “Deloitte” şirkətinin təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























