Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Bişkekdə toplantıda iştirak edib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 5-ci toplantısında iştirak edib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, toplantıda çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, müştərək tariximiz, mənəvi dəyərlərimiz sağlam bünövrə üzərində dayanmış əməkdaşlığımızın inkişafına, cəmiyyətlərimizin maariflənməsi və qarşılıqlı etimadın artırılmasına ciddi stimul verməkdədir.
Azərbaycan mediasının beynəlxalq informasiya məkanına inteqrasiyasının dünyamızın reallıqları fonunda daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Əhməd İsmayılov “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi, həmçinin Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumlarının müstəsna rolunu qeyd edərək vurğulayıb ki, media məkanında milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlədən media sahəsində qarşılıqlı əlaqələrin yaradılması əsas məqsədlərimizdəndir.
İcraçı direktor çıxışında türkdilli ölkələrə dair məlumatların beynəlxalq auditoriyaya operativ və düzgün formada çatdırılması üçün Türk Dünyasının jurnalistləri arasında həmrəyliyə ehtiyac olduğunu qeyd edib, dövlətlərimizin yerləşdiyi coğrafiyanın həqiqətlərinin işıqlandırılması və obyektiv informasiya təminatının həyata keçirilməsi üçün peşəkarlığın və sayıqlığın artırılmasının vacibliyini diqqətə çatdırıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz


























