Porsche mənfəətini 9 faiz artırıb
Porsche bu ilin yanvar-sentyabr ayları üçün maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, lüks avtomobil istehsalçısının satışları yanvar-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 12,1% artaraq 30,1 milyard avro təşkil edib.
Şirkətin əməliyyat mənfəəti 9 faiz artaraq 5,5 milyard avro olub.
Sözügedən dövrdə şirkətin mənfəət marjası (mənfəətin dövriyyəyə nisbəti) 18,3 faiz təşkil edib. Mənfəət marjası keçən ilki 18,9 faiz səviyyəsindən bir qədər aşağıda qalsa da, hədəflənən 17-19 faiz aralığındadır.
Şimali Amerika və Avropada güclü tələbat şirkətin Çin bazarına satış itkisini kompensasiya edib. Sözügedən dövrdə Çində satışlarda 12% azalma olub.
Almaniya şirkətinin tam elektrik Taycan idman avtomobilinin tədarükləri də 11% artaraq 27 min 885 ədədə çatıb.
Porsche Baş Maliyyə Direktoru (CFO) Lutz Meschke məlumatların qiymətləndirilməsində Porsche-nin yüksək tələbdən faydalandığını söylədi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 29 d. əvvəl
- 34 d. əvvəl
-
44 d. əvvəl
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1,4 milyon manat azaldılıb
-
1 saat əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
1 saat əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
1 saat əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Türkiyənin turizm gəlirləri 4,2% artıb
"Stellantis" şirkətinin səhmləri 1-ci rübün nəticələrdən sonra 7%-dən çox ucuzlaşıb
Ən çox oxunanlar
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”







.jpg)







.jpg)







