Bu gün Rusiya Mərkəzi Bankının uçot dərəcəsini artıracağı gözlənilir
Bu gün Rusiya Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 1,00 faiz bəndi də artıraraq 13%-dən 14%-ə qaldıracağı gözlənilir.
Qərar Bakı vaxtı ilə saat 14:30-da ictimaiyyətə açıqlanacaq.
Sentyabrın 15-də keçirilən iclasda Rusiya Mərkəzi Bankının İdarə heyəti uçot dərəcəsini 1,00 faiz bəndi artıraraq illik 12%-dən 13%-ə yüksəldib.
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iyul ayında illik 7,5%-dən 8,5%-ə qaldırmışdı. Avqustda isə dollar 100 rubl həddini keçdikdən sonra növbədənkənar iclasda uçot dərəcəsini 3,50 bənd artıraraq 12%-ə çatdırmışdı.
Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi və rublun ucuzlaşması fonunda sərt pul siyasəti aparır.
Son günlər Rusiyada Dollar və Avro ucuzlaşıb. Dolların qiyməti 93 rubl səviyyələrinə düşüb.
Analitiklər qeyd edirlər ki, Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi, kreditləşmənin yüksək artım templəri və büdcə xərclərinin qiymət artımı sürətinə təsirindən qorxduğu üçün uçot dərəcəsini 1 faiz bəndi artıraraq illik 14%-ə qaldıracaq.
Oktyabrın 23-nə olan məlumata görə, Rusiyada illik inflyasiya 6,59%-ə qədər sürətlənib. İlin sonuna inflyasiyanın Mərkəzi Bankın hədəfini keçə biləcəyi riskləri artır. Rusiya Bankının proqnozu 6-7% təşkil edir. Mərkəzi Bankın gələn il hədəfini 4%-ə endirmək vəzifəsi getdikcə çətinləşir.
2024-2026-cı illərdə Rusiyanın büdcə xərcləri daha yüksək olacaq. Bu da inflyasiyaya artırıcı təsir edə bilər. Buna görə, Mərkəzi Bank uçot dərəcəsini daha da artırmağa məcbur olacaq.
Bəzi analitiklər Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 0,5 faiz bəndi artıracağını gözləyirlər. Onlar qeyd edirlər ki, "Mərkəzi Bank dolların son günlər bir qədər ucuzlaşmasının idxalın maya dəyərinin azalmasına və bununla da inflyasiyanın zəifləməsinə səbəb olacağı ümidi ilə uçot dərəcəsini simvolik artıra və ya “pauza” edə bilər.
Qeyd edək ki, Oktyabrda, Rusiyada ixracatçıların valyuta satışının məcburi edilməsilə Rubl bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
43 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
48 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















