SOCAR-ın neft hasilatında cüzi artım qeydə alınıb
SOCAR 2023-cü ilin 3-cü rübü üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat yayıb.
Məlumatda bildirilir ki, cari ilin üçüncü rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 15 min metrdən çox qazma işləri həyata keçirilib.
Hesabat dövründə şirkət tərəfindən 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub və neft hasilatında cüzi artım qeydə alınıb. Ölkə üzrə ümumilikdə 7,5 milyon tondan çox neft və 12 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% artıb.
Hesabat dövründə SOCAR tərəfindən dünya bazarlarına 4,4 milyon tondan6 çox xam neft, Gürcüstan bazarına isə təqribən 71 milyon kubmetr təbii qaz ixrac olunub. Qeyd edək ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə olaraq beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini ixrac edir. Ümumilikdə cari dövrdə ölkə üzrə 5,8 milyard kubmetrdən çox qaz ixrac edilib. Qaz ixracında ötən ilin analoji dövrü ilə müqayisədə 12,9% artım qeydə alınıb.
Şirkətin Azərbaycandakı emal kompleksində 1,6 milyon tona yaxın neft, 811 milyon kubmetrə yaxın təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 592 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə cüzi artım qeydə alınıb. Hesabat dövründə ölkə ərazisində təbii qaz istehlakı təqribən 2,5 milyard kub metr təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 30 d. əvvəl
-
-
46 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)












.jpg)




