Azərbaycanda 2 kənd turizm konsepsiyasına uyğun olaraq yenidən qurulacaq
Dövlət Turizm Agentliyi Qusar və Qax rayonlarının iki kəndində turizm infrastrukturunun yaradılmasını nəzərdə tutan layihənin icrasına başlayıb.
Marja.az xəbər verir ki, bu məqsədlər üçün “TRİUMPH-M” MMC şirkəti seçilib. Şirkətə 194,7 min manat ödəniləcək.
Dövlət Turizm Agentliyi "Turizm potensialı olan kəndlərdə “Turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması istiqamətində layihə smeta sənədlərinin hazırlanması üçün xidmətlərin satın alınması" ilə bağlı açıq tenderi yekunlaşdırıb. Tenderdə "TRİUMPH-M" MMC qalib elan olunub. Qalib şirkət ilə məbləği 194 min 700 AZN olan müqavilə imzalanıb.
Qalib şirkət ümumi konspesiyanı, fasad hissənin eskizini, 3D vizualizasiyanı, memarlıq işçi layihələrini hazırlayacaq, tpoqrafiya və geologiya işlərini həyata keçirəcək.
Layihəyə əsasən, Qusar rayonu Ləzə kəndində cari təmir işləri aparılacaq, Qoşa şəlaləyə gedən yolda avtodayanacaq yaradılacaq, 30 ədəd söhbətgah yaradılacaq, süni gölün ətrafı abadlaşdırılacaq, yollar işıqlandırılacaq, voleybol meydançası yaradılacaq, bulaq təmir olunacaq, baxış nöqtəsi yaradılacaq və s.
Qax rayonu İlisu kəndində İlisu şəlaləsinə gedən 1.5 km piyada yol, 10 kafe, avtobus dayanacağı, Qalaça qalaya gedən 550 m cığır təmir olunacaq, İlisu şəlaləsinə gedən yolda avtodayanacaq, Füzuli bağında piknik zonası yaradılacaq, Ulu məscid ətrafı, Beşbulaq ətrafı, Bürc qalası ətrafı abadlaşdırılacaq, Qalaça qalası ətrafında baxış nöqtəsi yaradılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























