SOCAR Londonda keçirilən Enerji keçidi Sammitində iştirak edib
Böyük Britaniyanın London şəhərində “Financial Times” mətbuat orqanının təşkilatçılığı ilə Enerji keçidi Sammiti keçirilib.
Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) Marja-ya verilən məlumata görə, iri sənaye müəssisələrinin, beynəlxalq şirkətlərin rəhbərlərini, maliyyə və biznes liderlərini, investorları bir araya gətirən sammit müasir sənayenin yeni enerjiyə keçid siyasətinə uyğunlaşdırılması, enerji effektivliyi, həmçinin enerji təhlükəsizliyi mövzularına həsr olunub.
Sammitdə iştirak edən SOCAR-ın vitse-prezidenti Əfqan İsayev “Təmiz enerjinin çatdırılması: 2030-cu ildə neft və qaz şirkətlərinin gələcək görünüşü” mövzusunda panel müzakirəsində çıxış edib.
Ə.İsayev çıxışında tədbir iştirakçılarına SOCAR-ın dekarbonizasiya və enerji keçidi sahəsində fəaliyyəti, həyata keçirilən layihələr, habelə gələcək hədəflər barədə ətraflı məlumat verib.
Çıxışda SOCAR apstrim seqmentində birbaşa emissiyaları minimum səviyyəyə endirməyə nail olunduğu qeyd edilib. Bu təcrübənin digər seqmentlərdə də emissiyaların azaldılması üçün aşağı karbonlu biznes modelləri və strategiyaların hazırlanmasına imkan verəcəyi diqqətə çatdırılıb.
Panel müzakirələr zamanı, həmçinin SOCAR-ın “yaşıl enerji”yə keçid proqramı çərçivəsində “Masdar”, BP, “ACWA Power” və digər şirkətlər ilə əməkdaşlıq əlaqələri haqqında məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 37 d. əvvəl
- 41 d. əvvəl
- 43 d. əvvəl
- 45 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir















.jpg)








