“Best Managed Companies Azerbaijan 2024” müsabiqəsi çərçivəsində ilk işgüzar görüş keçirilib
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən “Best Managed Companies Azerbaijan 2024” layihəsi çərçivəsində ilk işgüzar görüş baş tutub.
Tədbirdə münsiflər heyətinin üzvləri, müsabiqədə ötən il qalib gələn şirkətlərin və bu ildə iştirak üçün artıq müraciət edən şirkətlərin təmsilçiləri iştirak edib.
Qeyri-rəsmi mühitdə keçirilən görüşdə “Best Managed Companies Azerbaijan 2024” müsabiqəsinin əsas fəlsəfəsi və hədəfləri, qalib seçilmək üçün tələb olunan əsas meyalar və qiymətləndirmə zamanı münsiflər heyəti tərəfindən əsas diqqət yetirilən kriteriyalar ətraflı müzakirə olunub. Həmçinin, ötən il qaliblər siyahısında yer alan AVRORA Qrup, METAK, NORM Sement, Veyseloğlu Şirkətlər Qrupunun rəhbər nümayəndələri müsabiqədə iştirak təcrübəsi və faydaları haqqında çıxış edərək, bu ilki nəmizəd şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparıb və onlara dəyərli məsləhətlər veriblər.
BMC.jpg (582 KB)Tədbirdə “PAŞA Bank”ın İdarə heyətinin sədri Cavid Quliyev qeyd edib ki, “Best Managed Companies Azerbaijan” layihəsi iqtisadiyyatın real sektorunu təmsil edən qabaqcıl yerli şirkətlərin nailiyyətlərini həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda tanıtmaq üçün unikal bir platformadır.
“İqtisadiyyatın real sektoruna dəstək verən “PAŞA Bank” bu layihədə artıq 3 ildir ki, əsas tərəfdaş qismində çıxış edir. Çox sevindirici haldır ki, hər yeni mövsümdə “Best Managed Companies Azerbaijan” müsabiqəsinə bizneslərin daha da artan marağının şahidi oluruq. Əminliklə deyə bilərəm ki, bu müsabiqə Azərbaycanın biznes icması üçün həm bilik və təcrübəni paylaşmaq, həm də beynəlxalq biznes mühitinə inteqrasiya olmaq üçün geniş imkanlar yaradır. “Best Managed Companies Azerbaijan” bazarda aktiv fəaliyyət göstərən şirkətlərin rəqabətə davamlılığının gücləndirilməsi, insan resurslarının idarə edilməsi, korporativ idarəetmə proseslərinin və başqa sahələrin təkmilləşdirilməsinə dəstək olacaq, bu isə öz növbəsində ölkə iqtisadiyyatının real sektorunun inkişafına töhfə verəcək”, - deyə, C. Quliyev vurğulayıb.
“Best Managed Companies” layihəsi, “Deloitte” şirkətinin istənilən miqyasda özəl şirkətlər üçün xidmət göstərən xüsusi bölməsi olan “Deloitte Private” tərəfindən təqdim edilmiş ən qabaqcıl proqramdır. Proqramın Azərbaycanda sponsoru “Deloitte Private”, “PAŞA Bank”, tərəfdaşları Sahibkarlığın İnkişafı Fondu, ADA Universiteti, AMCHAM Azerbaijan və İctimai Televiziyadır.
“Deloitte Azərbaycan”ın İdarəedici Partnyoru Nuran Kərimov bildirdirib: “30 il ərzində 46 ölkədə uğurla tanınan “Best Managed Companies” müsabiqəsinin özəlliyi yalnız rəhbər şəxsləri deyil, şirkətin fəaliyyətinə bütövlüklə yanaşaraq qiymətləndirmək və şirkətin uğurunu mükafatlandırmaqdır. Azərbaycanda bu müsabiqənin artıq üçüncü ilinə başlayırıq və daha çox sayda şirkətlərin bu layihədə iştirak etmək istəklərini müşahidə edirik. Buna səbəb bu biznes müsabiqəsində iştirak edən özəl şirkətlər üçün bir çox imkanlar və üstünlüklərin yaradılmasıdır. Bu layihə çərçivəsində Deloitte mütəxəssisləri iştirakçı şirkətlərin idarəetməsini dəyərləndirib onlarla aparıcı beynəlxalq praktikanı paylaşır və praktiki tövsiyələr verirlər. Bu mükafat özəl şirkətlər üçün təşkilati nailiyyətin və uğurlu biznes fəaliyyətinin simvoludur”.
Aparıcı şirkətlər arasında tanınmaq şansını əldə etmək üçün 22 noyabr 2023-cü il tarixinədək bu keçid vasitəsilə “PAŞA Bank”ın və "Deloitte Azərbaycan"ın tərəfdaşlığı ilə həyata keçirilən müsabiqəyə qoşulun!
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 saat sonra
-
22 d. əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
4 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Ən çox oxunanlar
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu




















