Birjalarda son vəziyyət
Noyabrın ilk həftəsində 105 bənd hədlərinə qədər kəskin geriləyən Dollar indeksi (DXY) ötən həftə buradan dəstək taparaq bir qədər bahalaşdı və həftəni 105.86 bənd səviyyəsində tamamladı.
Yüksələn DXY qarşısında major valyutalar, həmçinin qızıl qiymətləri ötən həftə eniş tendensiyası sərgilədilər.
Bu həftə isə FED rəsmilərinin açıqlamaları və ABŞ-dan, Avrozonadan, eləcə də İngiltərədən dərc olunacaq inflyasiya məlumatları yaxından izləniləcək ki, bu da investorların gələcək faiz dərəcələri ilə bağlı fikirlərini formalaşdırmağa kömək edəcək. Bu həftə eləcə də ABŞ-ın pərakəndə satış nəhəngləri qazanc hesabatlarını açıqlayacaqlar. İnflyasiya və iqtisadi mənzərə ilə bağlı narahatlıqların davam etdiyi bir mühitdə neft qiymətlərində də ciddi dalğalanmalar müşahidə edilə bilər.
İnvestorlar, FED-in inflyasiyanı keçən ilki onilliyin ən yüksək səviyyələrindən aşağı salmaq üçün apardığı mübarizədə irəliləyişlə bağlı yeniləmənin olub olmadığını görmək üçün çərşənbə axşamı günü açıqlanacaq ABŞ-da istehlak qiymətləri ilə bağlı oktyabr ayı məlumatlarını gözləyirlər.
İnflyasiyanın aylıq 0.1% artacağı ehtimal edilir. Sentyabr ayında İstehlak Qiymətləri İndeksi kirayə qiymətlərindəki sürpriz artım səbəbiylə 0.4% artarkən, baza inflyasiya təzyiqlərində də bir qədər yumşalma müşahidə edilmişdi.
Lakin analitiklərin fikrincə əmək bazarında şərtlərin zəiflədiyini göstərən oktyabr ayı məşğulluq hesabatı ən yüksək səviyyədə olan faiz dərəcələrinin azaldılması ilə bağlı müzakirələri yenidən alovlandıra bilər.
ABŞ istehsalçı qiymətləri məlumatlarını, eləcə də bir sıra aylıq qazanclardan sonra mənfi zonaya düşəcəyi ehtimal edilən oktyabr ayı üzrə pərakəndə satış rəqəmlərini də açıqlayacaq.
İnvestorlar həftə ərzində Nyu-York FED-in sədri Con Uilyams, Çikaqo FED-in sədri Austan Qulsbi, FED inzibatçıları Filip Cefferson və Maykl Barr da daxil olmaqla bir çox FED rəsmilərini dinləmək imkanı əldə edəcəklər. FED üzvlərinin monetar mühitdə sərtləşdirmənin davam etdirilib-etdirilməyəcəyini dekabrın 12-13-də keçiriləcək növbəti iclasa qədər qiymətləndirəcəklər.
Keçən cümə axşamı FED sədri Cerom Pavel, FED üzvlərinin inflyasiya ilə mübarizəni bitirmək üçün faiz dərəcələrinin kifayət qədər yüksək olduğuna "əmin olmadığını" söylədi. FED pul-kredit siyasətini həddindən artıq sərtləşdirmək istəməsə də, Pavel, - "Bizim edə biləcəyimiz ən böyük səhv inflyasiyanın həqiqətən nəzarət altına alınmamasıdır" - deyə əlavə bir faiz artımı üçün qapını aralı saxladı.
İnvestorlar faiz dərəcələrinin həqiqətən pik həddə çatıb-çatmadığını və mərkəzi bankın dərəcələri azaltmağa nə vaxt başlaya biləcəyini qiymətləndirərkən diqqətlərini 16 ilin ən yüksək hədlərindən aşağı düşmüş xəzinədarlıq gəlirlərinə yönəldirlər.
Açıqlanacaq digər məlumatlar arasında sənaye istehsalının həcmi, Filadelfiya FED-dən Biznes Aktivliyi İndeksi və məşulluq səviyyəsi göstəriciləri və İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı kimi iqtisadi rəqəmlər də yer alır.
Bazar iştirakçıları bu həftə həmçinin İsveçrə Mərkəzi Bankının sədri Tomas Cordan və AMB sədri Kristin Laqardın çıxışlarını diqqət mərkəzində saxlayacaqlar.
EUR
Ötən həftə DXY-da mühaşidə olunan yüksəliş digər əsas valyutalar kimi avronun da qismən ucuzlaşmasına səbəb oldu. Bu həftə çərşənbə axşamı günü Almaniyadan və Avrozonadan açıqlanacaq ZEW İqtisadi Aktivlik İndeksi, və Avrozonada ÜDM-in həcmi, eləcə də cümə günü Avrozonada İstehlak Qiymətləri İndeksi (CPİ) göstəriciləri və AMB sədri Kristin Laqardın çıxışı kimi mühüm faktorlar dünya valyuta birjalarında, xüsusən də EURUSD məzənnəsində volatilliyə səbəb ola bilər.
GBP
İngiltərədə çərşənbə axşamı dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, çərşənbə günü açıqlanacaq CPİ və cümə günü yayımlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi kimi göstəricilər funt-sterlinqin qiymətində dalğalanmalara səbəb ola bilər.
NEFT
Ardıcıl 3 həftədir ucuzlaşan neft qiymətləri ötən həftənin sonunda 82$ səviyyəsində qərarlaşdı. Yeni həftəyə də dəyər itkisi ilə başlayan “qara qızıl”-ın qiyməti 80$ həddini qırsa və bu səviyyənin altında qala bilsə, eniş tendensiyası bir qədər də dərinləşə bilər.
XAU/USD
2010$ həddini test etdikdən sonra, ardıcıl 2 həftə ucuzlaşan qızıl, ötən həftəni 1935$ həddində tamamladı. Hazırda 1934$-dan təklif edilən qiymətli metalın dəyəri 1900$ dəstəyini qırsa və cari həftəni bu həddin altında tamamlasa, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
-
53 d. əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
1 saat əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
1 saat əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
1 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
2 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
İyunun 4-də gözlənilən hava proqnozu açıqlanıb
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Ən çox oxunanlar
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub























