“Fitch” İtaliyanın reytinqini qiymətləndirib
Fitch İtaliyanın reytinqini sabit proqnozla “BBB” səviyyəsində təsdiqləyib"Fitch Ratings" beynəlxalq reytinq agentliyi İtaliyanın yerli və xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (IDR) "BBB" səviyyəsində təsdiqləyib, proqnoz "stabil"dir.
Marja.az xəbər verir ki,. bu agentliyin açıqlamasında bildirilir.
İtaliyanın hər iki valyutada qısamüddətli IDR-ləri “F2”, ölkənin tavan reytinqi isə “AA” səviyyəsində saxlanılıb.
"İtaliyanın reytinqi öxşar ölkələr ilə müqayisədə böyük, şaxələndirilmiş, yüksək əlavə dəyərə malik iqtisadiyyatı, avro zonasına üzvlüyü və güclü institutları ilə dəstəklənir",- məlumatda bildirilir.
Fitch qeyd edir ki, zəif tərəflər dövlət borcunun çox yüksək səviyyəsi, iqtisadi artım sürətinin azalmasıdır.
Agentliyin proqnozuna görə, ölkənin ümumi daxili məhsulu (ÜDM) ilin sonunda bir il əvvəl 3,7% artımdan sonra 0,9% artacaq. Fitch-in proqnozlarına görə, ölkə iqtisadiyyatının 2024-cü ildə 1%, 2025-ci ildə isə artım 1,3%-ə qədər sürətlənəcək.
Eyni zamanda, inflyasiyanın 2024-cü ildə orta hesabla 2,9%, 2025-ci ildə isə 2,1% olacağı proqnozlaşdırılır.
Bununla yanaşı, cari ildə ölkənin dövlət borcunun ÜDM-ə nisbətinin 1,4 faiz bəndi azalaraq 140,3 faiz təşkil edəcəyi gözlənilir ki, bu da əvvəlki proqnozdan 2,2 faiz bəndi azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















.jpg)


