Çin Dövlət Statistika Xidməti ölkədə deflyasiyanı istisna edir
Çində malların qiymətinin düşməsi ilə bağlı vəziyyət getdikcə sabitləşir və ölkədə deflyasiya baş verməyəcək.
Marja xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsinin rəsmi nümayəndəsi Liu Ayxua bildirib.
“Aşağı qiymətlərlə bağlı vəziyyət getdikcə yumşalacaq, deflyasiya baş verməyəcək”, o deyib.
Oktyabr ayında Çində inflyasiyanın əsas göstəricisi olan istehlak qiymətləri indeksi 0,2 faiz bəndi azalıb.Sentyabrda azalma 0,1 faiz bəndi təşkil etmişdi.
Liu Aihua qeyd edib ki, bu, əsasən ərzaq qiymətlərinin aşağı düşməsi ilə bağlıdır. Buna kənd təsərrüfatı məhsullarının nisbətən güclü təklifi, həmçinin payız tətillərindən sonra istehlak tələbinin azalması səbəb olub. Ötən ay qeyri-ərzaq məhsullarının qiymətləri bahalaşıb.
Liu Aihua əlavə edib ki, qiymət səviyyəsinə təsir edən əsas amillər yaxşılaşmaya doğru meyl edir. "Xüsusilə, mal və xidmətlərə tələbin bərpası davam edir", -deyə o bildirib.
Çinin istehlak qiymətləri indeksi 2021 və 2022-ci illərdə müvafiq olaraq 0,9% və 2% təşkil edib. 2023-cü il üçün hədəf 3% səviyyəsində müəyyən edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























