“AzerGold” vətəndaşları saxta reklam kampaniyalarına aldanmamağa çağırır
Son dövrlər elektron resurslara qarşı rəqəmsal risklərin qlobal səviyyədə vüsət aldığı bir şəraitdə nüfuzlu şirkətlərin, müxtəlif dövlət və özəl sahibkarlıq müəssisələrinin adından sosial media resurslarında saxta reklam kampaniyaları təşkil edilir.
Oxşar kiberdələduzluq aktlarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) də adından törədildiyini nəzərə alaraq, ictimaiyyəti bir daha diqqətli olmağa, saxta reklam kampaniyalarına aldanmamağa çağırırıq.
Bu, “AzerGold”un yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, ki, fişinq xarakterli bu cür hücumlar zamanı “AzerGold” QSC sosial şəbəkə platformalarında müxtəlif “investisiya” layihələrinin təşkilatçısı kimi təqdim edilir, Səhmdar Cəmiyyətin rəsmi saytının imitasiya olunmuş versiyasına istinad olunur və vətəndaşlar bu və ya digər “layihə”dən faydalanmağa dəvət edilir. Kiberdələduzların cəlbedici vədlərinə aldanan vətəndaşlara xarici ölkələrə məxsus mobil telefon nömrələrindən zənglər edilir və onların maliyyə xarakterli fərdi məlumatlarını əldə etməyə, maliyyə vəsaitlərini mənimsəməyə cəhdlər olunur.
"Bütün bunlar nəzərə alınaraq, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağı, dələduzluq məqsədi daşıyan bu cür hallarla qarşılaşdıqda təqdim edilən keçidlərə daxil olmamağı, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







.jpg)
