Yeni müdafiə sənayesi nazirinin 37 yaşı var, tanınmış şirkətlərdə işləyib
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Prrezidenti İlham Əliyev "V.V.Mustafayevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncam ilə, Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.
Vüqar Mustafayev bu ilin martından Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsində çalışırdı.
Marja.az-ın əldə etdiyi məlumata görə, Vüqar Valeh oğlu Mustafayev1986-cı ildə Bakı şəhərində anadan olub. 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsinin Menecment ixtisasını fərqlənmə ilə bitirib.
2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı təhsilini alıb.
2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir.
2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində qulluq edib.
Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərmişdir.
2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.
2012 – 2014-cü illərdə "Azerfon" MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib.
2014-cü ildən etibarən "PAŞA Holdinq" MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb:
2014-cü ildə "PAŞA Holdinq" MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.
2014-cü ildən etibarən "PAŞA Sığorta" ASC və "PAŞA Həyat Sığorta" ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.
2021-ci ildə "PAŞA Holdinq" MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və "Gayrımenkul A.Ş." şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub.
Ailəlidir. İki övladı var.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























