“Veysəloğlu”dan əməkdaşlarının övladlarının təhsilinə dəstək - "Tələbəmiz var" proqramı
Veysəloğlu Şirkətlər Qrupu 10 il ərzində əməkdaşlarının övladları olan 400-dək tələbəyə təqaüd ödəyib.
Bu barədə Marja.az-a Qrupdan bildirilib.
Qeyd edilib ki, “Tələbəmiz var” Proqramı 2012-ci ildən həyata keçirilir. Təqaüd şirkətlər qrupu və qrupa daxil olan şirkətlərdə çalışan əməkdaşların məlumatı əsasında ayrılır.
500 baldan yüksək nəticə göstərən tələbələrə ödənilən aylıq təqaüd yalnız valideyn Veysəloğlu Şirkətlər Qrupunda işini tərk etdiyi halda dayandırılır. Tələbə təqaüdü dövlət təqaüdü məbləğində müəyyən edilir. 300-500 bal arasında nəticə göstərən tələbələrə isə topladığı bala uyğun olaraq birdəfəlik mükafatlar verilir.
Şirkətlər Qrupu şəhid və müharibə veteranı olan əməkdaşlarının övladlarına isə heç bir şərtsiz aylıq təqaüd ödəyir.
““Tələbəmiz var” Proqramı təkcə Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün loyallıq proqramı deyil. Bu, şirkətimizin inkişafını dəstəklədiyi prioritet sahələrdən biri olan təhsilə investisiyasıdır. Biz qarşıda təhsilə dəstəklə bağlı bir sıra yeni layihələrin də icrasına başlayacağıq”, - deyə Veysəloğlu Şirkətlər Qrupunun insan resurları üzrə direktoru Ziya Rəcəbov belə bildirib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























