Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da əmək bazarı, xüsusilə də “NFP” göstəricilərinin açıqlanacağı həftənin ilk ticarət günü birjalarda ciddi dalğalanmalarla yadda qaldı.
Analitiklər, investorların FED-in pul-kredit siyasəti ilə bağlı daha çox ipucu üçün iqtisadi məlumatları gözlədiklərini və bu həftə ölkədə əmək bazarı, xüsusilə də qeyri-kənd təsərrüfatı sektorunda məşğulluqla (NFP) bağlı açıqlanacaq göstəricilərdən alınacaq siqnalların diqqət mərkəzində olduğunu bildirirlər.
Məşğulluq məlumatlarından əvvəl investorların ehtiyatlı olduğuna diqqət çəkən analitiklər, əmək bazarındakı vəziyyətin ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn ilin ilk yarısında faiz endiriminə başlaya biləcəyi ehtimallarına təsir göstərə biləcəyini qeyd ediblər.
Yeni həftənin açılışında kriptovalyuta birjalarının lokomotivi olan “Bitcoin”-də və “güvənli liman” missiyasını uğurla davam etdirən qızılda sürətli qiymət artımları diqqət çəkdi.
FED-in sərtləşdirmə dövrünün sonuna çatdığı və spot “Bitcoin” mübadilə fondu (ETF) müraciətlərinin ABŞ-da təsdiqlənəcəyi ilə bağlı ehtimalların artması ilə bitkoinin qiyməti 2022-ci ilin aprelindən bəri ilk dəfə 42.000$-ı ötdü.
“Bitcoin”-in bahalaşmasının təsiri ilə kriptovalyuta mədən şirkətləri olan “Marathon Digital” və “Riot Platforms”-un səhmləri 8%-dən çox dəyər qazanıb. “Coinbase” kriptovalyuta birjasının səhmləri də 5%-dən çox bahalaşıb.
Qızılın bir unsiya üçün qiymətinin cari həftənin ilk günü 73$ bahalaşdıqdan sonra 123$ ucuzlaşdığının şahidi oluruq. Bu isə ümumilikdə gün ərzində 196$-lıq volatilliklə tarixi ralli hesab edilə bilər. Tarixi maksimumlarını yenilədikdən sonra, “sarı metal” 2021$-a kimi kəskin ucuzlaşdı. Hazırda 2032$-dan təklif edilən qızıl 2047.00 səviyyəsini qırsa, növbəti nail oluna biləcək hədəfləri 2061$ və 2071$ səviyyələridir. Mümkün eniş ssenarisində isə, qiymət əgər 2021$ dəstəyini aşağıya doğru qırsa, növbəti dəstək hədləri kimi 2011$ və 2000$ səviyyələri çıxış edir.
Məlumat "İnvest-AZ" İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
4 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
9 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















