“Ulduz” Şokolad Fabrikinin məhsulları yerli istehsalat sərgisində təqdim edilib
Azərbaycanın qənnadı istehsalçılarından “Ulduz” Şokolad Fabriki Bakıda keçirilən 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisində iştirak edib.
Sərgidə şokolad fabrikinin fəaliyyəti,məhsulları və məhsulların tərkibində istifadə edilən xammalların mənşəyi haqqında məlumatlar verilib.
Üç gün davam edən sərgidə Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən 100-ə yaxın şirkətin qida, qeyri-qida, istehsal etdikləri texnologiyalar təqdim edilib.
“Avropa istehsalı olan texnoloji avadanlıqlardan ibarət fabrikimizdə müxtəlif zövqlərə cavab verən məhsullar istehsal edirik. Çalışma prinsipimiz isə sadədir: "keyfiyyət birincidir”, - deyə “Ulduz” Şokolad Fabrikinin İstehsalat Departamentinin müdiri Elşən Hacıyev bildirib.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Ulduz” Şokolad Fabriki qida təhlükəsizliyi standartı üzrə BRC sertifikatının "A+" dərəcəsinə sahibdir. Britaniya Pərakəndəçilər Konsorsiumu tərəfindən yaradılan BRC qlobal sertifikatı qida istehsalı müəssisələrində gigiyena, sağlamlıq, təhlükəsizliyi təmin etmək məqsədilə qida əsaslı yarana biləcək risklərin, təhlükələrin aradan qaldırılması üçün şərtləri özündə birləşdirən yüksək səviyyəli standartdır. İstehsal həcmini və çeşidlərini ilbəil artıran fabrik idxalı əvəzləməklə ölkə iqtisadiyyatının inkişafını dəstəkləyir və əhalini daha əlçatan qiymətlərə olan məhsullarla təmin edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


