Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini aşağı salmağa başlaya biləcəyi ehtimallarının getdikcə güclənməsi fonunda çərşənbə axşamı ABŞ dolları əksər major valyutalar qarşısında ucuzlaşıb. Yaponiya Bankının “ultra yumşaq” pul-kredit siyasətini davam etdirmək qərarından sonra dollar qarşısında mövqeyini qoruya bilməyən Yapon yeni isə istisna olaraq qalır.
FED rəsmiləri, 2024-cü ildə mümkün faiz endirimlərinə dair mesajlar verən Federal Açıq Bazar Komitəsinin keçən həftə keçirilən iclasından sonra bazar proqnozlarını yönləndirməyə çalışırlar. FED-in mart iclasında uçot dərəcəsinin endirilməsi ehtimalı 67.5% səviyyəsində qiymətləndirir və bu ehtimallar isə maliyyə bazarlarında dollara tələbin kəskin azalmasına səbəb olub.
Hazırda investorları düşündürən əsas məqam Federal Ehtiyatlar Sisteminin bu proqnozlara uyub uymayacağıdır. Bu isə, potensial olaraq bazarda ciddi burulğunlara səbəb ola bilər.
Atlanta FED-in sədri Rafael Bostic ilin ikinci yarısında iki faiz endirimi ilə bağlı proqnozunu təkrarlayıb, lakin tələsməyə ehtiyac olmadığını vurğulayıb. Eyni zamanda, Riçmond FED-in sədri Tomas Barkin isə bildirib ki, mərkəzi bankın faiz dərəcələrini aşağı sala bilməsi iqtisadiyyatın gedişindən asılı olacaq.
Dollar indeksi 102.20 bənd səviyyəsində qərarlaşıb. Qeyd edək ki, indeks ötən həftə 101.76 bəndlik göstərici ilə son dörd ayın ən aşağı səviyyəsinə çatıb.
Analitiklər həmçinin qeyd ediblər ki, gələcək iqtisadi məlumatlar dolların istiqamətinin müəyyən edilməsində həlledici rol oynayacaq, çünki bu məlumatlar gələn il üçün proqnozlaşdırılan faiz endirimlərinin əsaslı olub-olmaması barədə ipucları verəcəklər.
İnvestorlar bu həftənin cümə günü FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Baza Şəxsi İstehlak Xərcləri (PCE) Qiymət İndeksinin açıqlanmasını gözləyirlər. Bu göstərici inflyasiyanın gələn il monetar siyasətin yumşaldılmasını təmin edəcək qədər yavaşlayıb-yavaşlamamasına işıq tuta bilər.
Yaponiya Mərkəzi Bankının sədri Kazuo Uedanın yaxın gələcəkdə mənfi faiz dərəcələrindən imtina etməyi düşünmədiklərini vurğulayan şərhlərindən sonra Yapon yeni zəifləyib və dollara qarşı 143.78 yen səviyyəsində ticarət edilib. Analitiklərin fikirlərinə görə, aprel ayına qədər Yaponiyanın monetar siyasətində hər hansı bir dəyişikliyinin olmayacağı ehtimal edilir.
Avro dollar qarşısında gücünü qoruyub 1.0970$-dan ticarət edildiyi halda, dolların zəifliyindən bəhrələnərək çərşənbə axşamı Britaniya funt-sterlinqi də bahalaşaraq günlük şamını 1.2720$ hədlərində tamamlayıb.
Bugün isə, İngiltərən İstehlak Qiymətləri İndeksi, İstehsal Qiymətləri İndeksi, Almaniyada İstehsal Qiymətləri İndeksi və Amerikada “Conference Board” İstehlakçıların Güvən İndeksi kimi önəmli iqtisadi göstəricilər valyuta birjalarında tendensiyaların formalaşmasına ciddi təsir edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 21 saat sonra
-
-
48 d. əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
1 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















