Lisenziyalı 5 valyuta mübadiləsi məntəqəsinə 6 ay vaxt verilib
Azərbaycan Mərkəzi bankı valyuta mübadilə məntəqələri tərəfindən nağd mübadilə əməliyyatlarının aparılmasının tənzimlənməsinə dair məlumat yayıb.
Qeyd edilib ki, 2023-cü ilin iyul ayında “Valyuta tənzimi haqqında” Qanuna edilmiş dəyişikliklərin davamı olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 11 dekabr tarixli Qərarı ilə “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası” (Qayda) təsdiq olunmuşdur.
Qeyd olunan sənədlə yanaşı, müvafiq Qərarla, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması” və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər” də qəbul edilmişdir.
Mərkəzi Bankın İdarə Heyətinin müvafiq Qərarına əsasən, 2023-cü ilin 23 dekabr tarixdən etibarən sözügedən sənədlər qüvvəyə minmiş və keçmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarları ləğv edilmişdir.
Dəyişikliklərin əsas məqsədi valyuta mübadiləsi əməliyyatlarının daha institusional, təşkilatlanmış və təhlükəsiz qaydada həyata keçirilməsi üçün hüquqi bazanın yaradılmasından ibarətdir. Qanunvericiliyə əsasən valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısının yalnız nağd qaydada və fiziki şəxs müştərilərin sifarişi ilə həyata keçirilməsi mümkündür.
Yeni tələblərə əsasən, valyuta mübadiləsi xidmətlərini təqdim edəcək hüquqi şəxslər üzrə kapital tələbinin regional differesiallaşdırılması aparılmış, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində əhalinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədlərinə uyğun olaraq bu fəaliyyətin həmin ərazilərdə təşkili üzrə müvafiq kapital tələbləri minimal səviyyədə müəyyən edilmişdir. Həmçinin, girov vəsaitinə dair tələblər də yenilənərək, minimum nizamnamə kapitalının 10%-i məbləğində müəyyən edilmişdir.
Bundan əlavə, Qayda ilə valyuta mübadilə məntəqələri üzrə təşkilati, texniki təchizat və təhlükəsizlik tələbləri yenilənmiş, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramları üzrə əlavə tələb irəli sürülmüş, digər bir sıra yeni tələblər müəyyən edilmişdir.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında 5 sayda valyuta mübadiləsi məntəqəsi fəaliyyət göstərir. Həmin təşkilatlar yeni Qayda ilə müəyyən edilmiş minimum nizamnamə (şərikli) kapitalının formalaşdırılması, habelə girov vəsaitinin məbləğinin yerləşdirilməsi ilə bağlı tələblərə 6 (altı) ay ərzində uyğunlaşmanı təmin etməlidirlər.
Qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq olar:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























