"Bakı Fond Birjası" tarixində ən böyük işə qəbul elan edir
Azərbaycanın yeganə birjası “Bakı Fond Birjası” QSC (BFB) fəaliyyətə başladığı tarixdən ilk dəfə ən böyük işə qəbul prosesinə start verir.
Təşkilat 15 müxtəlif istiqamətli vakant iş yerinə qəbul prosesini elan edir.
Vakansiyalar haqqında ətraflı məlumatı BFB-nin internet saytından https://www.bfb.az/az/karyera əldə etmək olar.
“BFB 2023-cü ili rekord göstəricilərlə başa vurur və bu hələ başlanğıcdır. Hazırda BFB olaraq 2024-2026-cı illəri əhatə edəcək yeni korporativ strategiya üzərində işləyirik. Yeni strategiyamısın əsas hədəflərindən biri bütün bazar iştirakçılarının inkişafını təmin etməkdir. Komandamıza qoşulacaq yeni əməkdaşların bu strategiyanın həyata keçirilməsində bizə dəstək olacaqlarına ümid edirik” , - deyə BFB-nin Müşahidə Şurasının sədri Fərid Axundov bildirib.
Əgər karyeranızı “Bakı Fonda Birjası” QSC-də davam etmək, peşəkar komandanın bir hissəsi olmaq istəyirsinizsə, ən son yenilənmiş CV-nizi sizə uyğun olan vakansiyanın başlığını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərsiniz.
“Bakı Fond Birjası” QSC Azərbaycan Respublikasının iqtisadiyyat və maliyyə sektorunda 26 ildir ki, fəaliyyət göstərir. Bugünkü tarixə illik dövriyyəsi 23 milyard manat olan “Bakı Fond Birjası” QSC unikal tarixə, fond bazarının peşəkar iştirakçıları ilə möhkəm münasibətlərə və xarici ölkələrin bir çox fond birjaları ilə tərəfdaşlıq münasibətlərinə malikdir.
Birjanın fəaliyyətinin əsas istiqaməti ölkənin iqtisadi artımına dəstək olmaqdan, həmçinin maliyyə sistemində satış qabiliyyətinin təkrar paylanması üçün müvafiq platformanı təmin etməkdən, yerli və əcnəbi investorlar üçün şəffaf investisiya mühiti təqdim etməkdən ibarətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





