Sığortalı fermerlərə daha 40 min manatlıq aqrar sığorta ödənişləri edilib
Aqrar Sığorta Fondu fermer təsərrüfatlarına dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir.
Dekabrın 27-də Cəlilabad, Biləsuvar, Yardımlı və Lerikdə sığortalanmış fermerlər və təsərrüfatların bir hissəsinə sığorta ödənişləri təqdim edilib.
Tədbirdə iştirak edən fermerlərə ümumilikdə 40 min manatdan artıq ödəniş edilib. Nəticədə qeyri-sabit hava şəraiti - dolu, sel, subasma, leysan, fırtına, şaxtavurma nəticəsində təsərrüfatları ziyan görən təsərrüfat sahibləri itirdikləri vəsaitləri dövlət dəstəkli sığorta sayəsində ödəniş şəklində əldə ediblər.
Zərər ödənişləri Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarındakı buğda-arpa sahələri, Lerikdə isə ərik bağı üzrə verilib.
Biləsuvar rayonunda təşkil edilən tədbirdə bildirilib ki, ölkədə aqrar sığortanın əhatə dairəsi və ödənişləri sürətlə genişlənir. 2023-cü ilin 11 ayının nəticələrinə görə, Fond tərəfindən zərər görən təsərrüfatlara ümumilikdə 4 milyon manata yaxın ödənişlər edilib və bu məbləğ günü gündən artmaqdadır.
Qeyd olunub ki, sığorta haqqının 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi vəsait ödəməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər.
Tədbirdə iştirak edən Cəlilabadlı fermer Gülməmməd Ağaşov bildirib ki, 30 hektarlıq arpa və buğda sahəsini sığorta etmək üçün cəmi 221 manat, yəni hər hektar əkinə görə cəmi 7 manat sığorta haqqı ödəyib. Sahədə baş verən zərərə görə isə Aqrar Sığorta Fondu ona 13 min manatdan artıq ödəniş edib.
Sığorta ödənişi ilə bağlı növbəti tədbir Lerik rayonunun Lələhiran kəndində keçirilib. Burada təsərrüfat sahibi Məhərrəməli Zeynalova məxsus olan 0,6 hektar ərik bağına şaxtavurma nəticəsində dəyən zərər üzrə fermerə 3847 manat ödəniş edilib.
Təsərrüfat sahibi bildirib ki, bağını hər il sığorta edir, sonuncu dəfə 126 manat sığorta haqqı ödəyib, hadisədən dəyən zərərə görə isə 3900 manata yaxın ödəniş alıb.
Tədbirdə Lerik rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Cahani Nüsrətzadə dövlətin aqrar sahəyə daim dəstək verdiyini, aqrar sığortanın da mühüm dəstək növlərindən biri olduğunu bildirib. DAİM rəhbəri aqrar sığortanın fermerlər üçün olduqca sərfəli şərtlərlə təqdim edildiyini vurğulayaraq təsərrüfatları bu imkandan istifadə etməyə çağırıb.
Aqrar sığortadan faydalanan təsərrüfat sahibləri digər fermerləri də sığortadan istifadə etməyə çağırıblar.
Aqrar Sığorta Fondu bu il ərzində əkin sahələri, bitkiçilik və heyvandarlıq üzrə indiyədək təxminən 4 milyon manata yaxın sığorta ödənişi həyata keçirib.
Fermerlər təsərrüfatlarını sığortalamaq üçün 1651 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlərlə bağlı ətraflı məlumatı fondun rəsmi internet səhifəsindən (www.asf.gov.az) öyrənmək olar.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 35 d. əvvəl
- 46 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
-
1 saat əvvəl
Könüllü sığorta bazarı 13 %-dən çox, icbari sığorta bazarı 7 % böyüyüb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ən çox oxunanlar
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib
Azərbaycanın sığorta bazarı 12 %-ə yaxın böyüyüb
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
Azot gübrəsi ixracında böyük artım
BYD Tesla-nı geridə qoydu


















