95 milyard vəsait idarə olunub, 6,3 milyard gəlir götürülüb
2023-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 50 milyard dolllardan çox vəsaitinin idarə olunmasından 6 milyard 337,8 milyon manat gəlir əldə edib.
Bu barədə Marja.az Fonda istinadən xəbər verir.
2023-cü ilin sonuna ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 milyard 33,6 milyon ABŞ dolları) nisbətən 14.3% (və ya 7 milyard ABŞ dolları) artaraq 56 milyard 69,7 milyon ABŞ dolları (cari məzənnə ilə 95 milyard 318 milyon manat) təşkil etmişdir.
"Keçən il ərzində Fondun investisiya gəlirliliyi 7,1% olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnmişdir",- ARDNF-dən bildirilib.
Qeyd edilib ki, 2023-cü il, maliyyə bazarları üçün bir çox inkişaf etmiş ölkələrin mərkəzi banklarının sərtləşmə siyasətini davam etdirdiyi bir dövrdə iqtisadi artım və inflyasiya ilə bağlı qeyri-müəyyənliyin təkan verdiyi volatillik ilə xarakterizə olunan bir il kimi yadda qalmışdır. Tənəzzül ili ola biləcəyi ilə bağlı proqnozlara baxmayaraq, qabaqcıl ölkələrdə inflyasiyanın səviyyəsində müşahidə olunan yavaşlama, eləcə də yüksək dayanıqlılıq fonunda bir sıra iqtisadi göstəricilərdə izlənilən müsbət tendensiya xüsusən ilin sonuna doğru iqtisadi artıma da müvafiq təsirini göstərmişdir.
"İqtisadi göstəricilərdəki volatillik maliyyə aktivlərinin gəlirliliyinə təsirsiz ötüşməmişdir. İki illik ardıcıl itkilərdən sonra istiqraz indekslərinin əksəriyyətində ilin sonuna doğru olmaqla müsbət gəlirlilik nəticələri qeydə alınmışdır. Eyni zamanda, əsas səhm indeksləri də, inflyasiya və qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının faizləri endirəcəkləri ilə bağlı nikbin gözləntilərin fonunda ili müsbət gəlirlərlə başa vurmuşdur",- ARDNF-dən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir



















.jpg)
