Əcnəbi iş adamlarının Azərbaycanda yaşama icazələri əldə etməsi üçün yeni tələblər
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində edilən müvafiq dəyişikliklərdən irəli gələrək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 16 yanvar tarixində hüquqi qüvvəyə minmiş Qərarı ilə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Məcəllənin 45.1.6-1-ci və 52.1.10-cu maddələrində nəzərdə tutulan xarici investisiyalı hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı və 45-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində, 52.1.10-cu və 52.1.11-ci maddələrində nəzərdə tutulan şəxslərin dövriyyə həcmi təsdiq edilib.
Dövlət Miqrasiya Xidmətindən bildirilib ki, qərara əsasən xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi ölkə ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün həmin hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50 min manat məbləğində müəyyən edilib. Bu əsasla azı 1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün xarici investisiyalı hüquqi şəxsin nizamnamə kapitalı 100 min manat, son 1 ildə dövriyyə həcmi isə 200 min manat məbləğində təsbit edilib.
Bundan başqa, Qərara əsasən Azərbaycan Respublikasında azı 1 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsası ilə müvəqqəti yaşamış əcnəbilərə yeni müvəqqəti yaşama icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin şəxsin (fərdi sahibkarın) son 1 ildə dövriyyə həcmi 50 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün isə son 1 ildə dövriyyə həcmi 100 min manat məbləğində müəyyənləşdirilir (cədvəl əlavə edilir).
Qeyd olunan əsaslar üzrə müraciətlərin qəbulu zamanı vergi orqanlarından əldə edilmiş illik dövriyyə və ödənilmiş nizamnamə kapitalı ilə bağlı təsdiqedici sənədlərin təqdim olunması tələb olunacaq.
Müvəqqəti yaşama icazələrinin əldə edilməsi üçün nizamnamə kapitalı və dövriyyə həcmi ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur. Qeyri-kommersiya hüquqi şəxsləri həmçinin daimi yaşama icazələrinin əldə edilməsi zamanı bu tələblərdən azaddır.
Sözügedən Qərarın tam mətni ilə buradan tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
28 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 38 d. əvvəl
- 44 d. əvvəl
- 47 d. əvvəl
- 49 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)
.jpg)









.jpg)



