Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salındı
Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb.
Marja.az xəbər verir ki, bununla bağlı Aqrar Sığorta Fondunun İdarə Heyəti qərar qəbul edib. Yeni qərara əsasən, heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib. Xatırladaq ki, indiyədək bu tariflər müvafiq olaraq 6,1% və 9,5% həddində olub.
Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyədək qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib.
Qeyd edək ki, sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı daha da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.
Xatırladaq ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, eləcə də oğurluq, soyğunçuluq və quldurluq hallarından sığorta edilir.
Fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. Belə ki, 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 avqust 2019-cu il tarixli Fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanlarını – mal-qara və xırdabuynuzlu heyvanları da sığorta edir. Aqrar sığorta vasitəsilə südlük və ətlik inək-camışları, qoyun və keçi təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq mümkündür. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-ni onların əvəzinə dövlət ödəyir.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər və sığoğrta haqları ilə fondun rəsmi internet səhifəsindəki (asf.gov.az) “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
-
20 d. əvvəl
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
-
21 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
9 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
- 12 saat əvvəl
-
12 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
12 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
12 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
14 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
Ən çox oxunanlar
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb














.jpg)









