Şimali Koreya bir il ərzində kirpik və parik ixracından 167 milyon dollar əldə edib
2023-cü ildə bu ixrac malları Respublikanın Çinə tədarük etdiyi malların ümumi həcminin təxminən 60%-ni təşkil edib.2023-cü ildə süni kirpiklər və pariklərin ixracı Şimali Koreya Xalq Demokratik Respublikasının iqtisadiyyatına 167 milyon dollar qazandırıb.
Marja.az-ın məlumatına görə, bu barədə "Reuters" Çin gömrük məlumatlarına istinadən xəbər verir.
Qeyd edilib ki, 2023-cü ildə bu ixrac malları Şimali Koreya Xalq Demokratik Respublikasının Çin Xalq Respublikasına ixrac etdiyi malların ümumi həcminin təxminən 60%-ni təşkil edib.
COVID-19 pandemiyası səbəbindən Şimali Koreyadan Çinə ixrac müvəqqəti olaraq dayandırılmışdı və keçən il yenidən bərpa edilib. Bu müddət ərzində Şimali Koreya məhsullarına tələbat və qiymətlər bir neçə dəfə artıb. Əgər 2019-cu ildə Şimali Koreyadan kirpik, saqqal və parik ixracının həcmi 1680 ton (pul ifadəsində 31 milyon dollar) təşkil edirdisə, 2023-cü ildə Pxenyan bu məhsulların 1829 tonu üçün 5,5 dəfə çox gəlir əldə edib.
Bu kateqoriyaya aid mallar ciddi sanksiya məhdudiyyətləri altında Şimali Koreya üçün əhəmiyyətli valyuta gəliri mənbəyidir. Nəşrin məlumatına görə, onlar Çində son emal və qablaşdırmadan keçirlir, bundan sonra “Made in China” etiketi ilə bütün dünyada satılır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
8 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
-
49 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət




















