Rəşt-Astara dəmir yolunun tikintisi üzrə İranla Rusiya arasında danışıqların son mərhələsi olacaq
Sabah “Rusiya Dəmir Yolları” ASC-nin nümayəndələri İrana səfər edəcək və Rəşt-Astara dəmir yolunun tikintisi istiqamətində danışıqların son mərhələsi aparılacaq.
Bu sözləri İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş deyib. 685 yeni vaqonun dəmir yolu idarəsinə təhvil verilməsi mərasimində çıxış edən nazir diqqətə çatdırıb ki, Rəşt-Astara dəmir yolunun tikintisinin davam etdirilməsi üçün dövlətlə yanaşı, özəl şirkətlər də investisiya yatıracaqlar.
Nazir bildirib ki, cari ilin sonunadək Rəşt-Xəzər yolunun da istismara verilməsi nəzərdə tutulub.
“Xəzər dənizi ilə körfəzi birləşdirəcək Rəşt-Xəzər dəmir yolu idxal-ixrac əməliyyatları üçün əhəmiyyətlidir. Çabahar-Zahidan dəmir yolunun tikintisi də tamamlanmaq üzrədir. Bu yol gələcəkdə Rəşt-Xəzər və Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yoluna birləşərək Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına təkan verəcək”, - deyə iranlı nazir vurğulayıb.
© Azərtac
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























