ABŞ neftin qiyməti ilə bağlı proqnozunu azaldıb
ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent neftinin qiyməti ilə bağlı proqnozunu 82,42 dollara endirib. 2025-ci ildə Brent markalı neftin bir barelinin qiymətinin 79,48 dollar təşkil edəcəyi gözlənilir.ABŞ Energetika Nazirliyi 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu azaldaraq bir barel üçün 82,49 dollardan 82,42 dollara endirib.
Marja.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının hesabatında deyilir.
2025-ci ildə Brent markalı neftin qiymətinin 79,48 dollar/barel olacağı gözlənilir (əvvəlki proqnoz - 79 dollar/barel).
2024-cü il üçün WTI markalı neftin orta qiyməti ilə bağlı proqnoz əvvəlki 77,99 dollardan 77,68 dollara endirilib, 2025-ci il üzrə isə dəyişməyərək 74,98 dollar olub.
Nazirlik bildirib ki, Qırmızı dənizdə gəmilərə edilən hücumlar fonunda neft tədarükü ilə bağlı qeyri-müəyyənlik səbəbindən Brent markalı neftin qiyməti yanvarda 2 dollar/barel artaraq orta hesabla 80 dollar/barel olub.
ABŞ Energetika Nazirliyi qarşıdakı aylarda neft qiymətlərinin artacağını gözləsə də, ikinci rübdə qlobal ehtiyatların artması və tələbin azalması səbəblərindən qiymətlərə təzyiqlər gözləyir.
“Lakin, Yaxın Şərqdə tədarükün pozulması riskləri qalmaqdadır və buna görə də neft qiymətlərinin bizim proqnozumuzu aşması ehtimalı da var”, - deyə hesabatda qeyd olunub.
Nazirlik qeyd edib ki, OPEC+ın hasilatın azaldılması tədbiri fevral-mart aylarında qlobal neft ehtiyatlarının azalmasına səbəb olacaq. Hesabatda deyilir: “2024-cü ilin sonuna qədər nisbətən balanslaşdırılmış bazarlar dövründən sonra biz neft tələbinin yavaşlaması nəticəsində, 2025-ci ildə bazarın mülayim ehtiyat yığılmasına tədricən qayıtmasını proqnozlaşdırırıq”.
ABŞ Energetika Nazirliyi ölkədə 2024-cü ildə orta neft hasilatı proqnozunu gündəlik 100 min barel artıraraq 13,21 milyon barrelə yüksəldib, həmçinin 2025-ci il üçün proqnozu gündəlik 13,44 milyon barel səviyyəsində müəyyənləşdirib.
ABŞ-ın 2023-cü ildə neft hasilatı gündəlik 12,93 milyon barel səviyyəsində qiymətləndirilir.
ABŞ Energetika Nazirliyi 2024-cü il üçün qlobal neft tələbi ilə bağlı proqnozunu gündəlik 40 min barel azaldaraq 102,42 milyon barrelə, 2023-cü il üçün isə 101 milyon barrelə endirib.
Hesabata əsasən, 2023-cü ildə neftə tələbat gündəlik 101 milyon barel, 2024-cü ildə isə istehlak proqnozu 102,42 milyon barel səviyyəsində qiymətləndirilir. Belə ki, ABŞ Energetika Nazirliyi 2023-cü ildə tələbatın ötən ayla müqayisədə gündəlik 70 min barel, 2024-cü ildə isə gündəlik 40 min barel az olacağını təxmin edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 34 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























