Bank “BTB”yə əlavə maya qoyulur - MƏBLƏĞ
Bank “BTB” ASC-nin nizamnamə kapitalı 5 milyon manat artırılır.
Marja.az Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir ki, Bank hər birinin nominal dəyəri 1000 manat olan 5000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edib.
Təklifin səbəbi Bankın gələcək inkişafı və artım planlarının icrası çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi minimum kapital tələblərinə cavab verməsi və dayanıqlı kapital mövqeyinin təmin olunmasıdır. Emissiya nəticəsində cəlb olunucaq vəsait Bankın fəaliyyətinin mühüm növlərindən biri olan kreditləşmədə istifadə olunacaq. Emissiyanın həyata keçirilməsi nəticəsində cəlb olunacaq vəsaitin xalis məbləği 4 milyon 994 min 300 manat gözlənilir.
31 dekabr 2023-cü il tarixində Bank “BTB” ASC-nin nizamnamə kapitalı 66 milyon 450 min manat təşkil edib. Lakin yığılmış 19 milyon 87 min manat zərər ilə əlaqədar olaraq cəmi kapital 47 milyon 363 min manat təşkil edib. Bankın nizamnamə kapitalı hər birinin nominal dəyəri 1000 manat olan 66 450 ədəd adi, sənədsiz, adlı səhmdən ibarətdir.
Yerləşdirmə uğurla yekunlaşarsa Bankın nizamnamə kapital 71 milyon 450 min manata yüksələcəkdir.
Yerləşdirmənin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti”dir.
Hazırda Bank “BTB” ASC-nin səhmdarları Mehdiyeva Nigar İsmayıl qızı (74.9872% ), Sadiq Rza İsmayıl oğlu (19.0128%) və Mahmudova Tükazban Ağa qızıdır (6%).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
Ən çox oxunanlar
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)







.jpg)







