Tahir Gözelin təşəbbüsü ilə “Orta Dəhlizin yaşıllaşdırılması” mövzusunda işgüzar toplantı keçirilib
(®) İş adamı Tahir Gözelin təşəbbüsü ilə Bakıda “Orta Dəhlizin yaşıllaşdırılması” mövzusunda mütəxəssislərin iştirakı ilə iki günlük işgüzar toplantı təşkil edilib.
Rəqəmsal İnkişaf və Rabitə nazirliyi, Ekologiya və Təbii Sərvətlər nazirliyi, ADA Universiteti, ARDNF, COP 29 Təşkilat Komitəsi, Aztrans Rail, ADY, Özbəkistan Nəqliyyat nazirliyi, Gürcüstan Dəmir Yolları, Böyük Britaniyanın “Overseas Development Initiative”( ODI) təşkilatının rəsmiləri və müstəqil ekspertlərin iştirakı ilə təşkil edilmiş görüş çərçivəsində Azərbaycanın Orta Dəhliz ideyasının reallaşdırılmasının əsas təşəbbüskarı və lideri olduğu vurğulanaraq, bu layihənin Paris Sazişi və digər ekoloji beynəlxalq qanunvericilik tələblərinə uyğun olaraq reallaşdırılmalı olduğu qeyd olunub.
Jurnalistlərə açıqlama verən Tahir Gözel layihəni reallaşdırılmasına dəstək verməyə hazır olan ODI təşkilatının dayanıqlılıq, iqlim üzrə çox nüfuzlu şirkət olduğunu bildirib. İş adamı bu konfransın məqsədini açıqlayarkən bildirib ki, hazırda Azərbaycan və bölgənin digər ölkələrinin iştirakı ilə işə başlayacaq Orta Dəhlizin daha dayanıqlı olması üçün xüsusi layihə hazırlanır. Ümumilikdə Orta Dəhliz layihəsinə xarici investorlar tərəfindən 18 milyard avro investisiya cəlb edilməsi gözlənilir. Lakin hazırda bütün dünyada İqlim Dəyişikliyinə çox böyük diqqət ayrıldığı üçün bu qlobal layihənin də yaşıl iqtisadiyyat anlayışına uyğun olması və bu istiqamətdə araşdırmaların aparılmasına ehtiyac var. Tahir Gözelin təşkil etdiyi iki günlük işgüzar toplantı da bu məqsəd daşıyır və araşdırmalar nəticəsində hazırlanacaq fəaliyyət planının COP 29-da təqdim edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində Orta Dəhlizin ekoloji təmizliyini təmin etməklə bərabər Xəzər Dənizinin qorunması da təmin ediləcək. Bu qlobal əhəmiyyətə malik layihə “Tahir Gözəl. İnkişaf üçün təşəbbüs” Fondunun dəstəyi ilə hazırlanır. Bölgədə ilk dəfə olaraq Ümumdünya maliyyə donorlarına təqdim olunacaq belə bir sənəd hazırlanır. Daha sonra ODI təşkilatının dəstəyi ilə Böyük Britaniyanın Dövlət Meterologiya Ofisi layihəyə dəvət olunacaq və super kompyuterlər hesabına gözlənilən risklərin hesablanması həyata keçiriləcək. Eyni zamanda daha öncə Afrika qitəsində 700-800 milyon avro xərclənilərək həyata keçirilmiş nəqliyyat dəhlizlərində karbon dioksid tullantılarının ölçülməsi təcrübəsinin Orta Dəhlizdə tətbiq edilməsi mövzusunda da ODI tərəfindən müşavirlik dəstəyinin verilməsi nəzərdə tutulur. Qlobal İqlim Dəyişikliyinin bütün dünyanın diqqət mərkəzində olduğunu bildirən Tahir Gözel hazırda böyük biznes layihələrinə dəstək üçün dayanıqlılıq hesabatlrının tələb olunduğunu qeyd edilib. İş adamı hazırda “karbon ayaq izi”nin ölçülməsi, karbon offset məhsulların istehsalı, “Circular economy” kimi terminlərin dünya biznesində əsas ifadələrə çevrildiyini qeyd edib.
Tahir Gözel COP 29 kimi böyük bir layihəyə ev sahibliyi edən Azərbaycanın Orta Dəhliz layihəsində də öndərlik etdiyini və bunun çox qürurverici hal olduğunu bildirdi. Bu layihənin davamlı olacağını, beynəlxalq mütəxəssislərin iştirakı ilə Özbəkistan və Çində də icra edilməsinin nəzərdə tutulduğu qeyd edildi.
Qeyd edək ki, ölkəmizin tarixi, mədəniyyəti və ənənələrinə xüsusi həssaslıqla yanaşan Tahir Gözel mütəmadi olaraq Azərbaycan dəyərlərinin təbliği məqsədilə yerli və qlobal layihələrə dəstək verir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü
























