Sahibkarlar üçün çətinliklər yaranıb
Yüksək cərimələr əlavə yükə səbəb olur.Azərbaycan Sahibkarlar Konfederasiyası və Dövlət Gömrük Komitəsi arasında Əməkdaşlıq Şurasının iclası keçirilib.
Marja.az xəbər verir ki, iclasa Dövlət Gömrük Komitəsinin birinci müavini Bəhruz Quliyev və Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov həmsədrlik ediblər.
Görüşdə sahibkarlar tərəfindən bəzi məsələlər qaldırılıb.
Xüsusən də ƏDV-nin məhsulun realizasiyası zamanı ödənilməsi, AQTA sertifikatı olmadan gömrük rəsmiləşdirilməsi ilə əlaqədar yaranan çətinliklər, qısa idxal bəyannamələri ilə bağlı yüksək cərimələrin əlavə yükə səbəb olduğu qeyd edilib. Həmçinin gömrük rəsmiləşdirilməsi zamanı ekspertiza müddətinin çox vaxt alması, nəticədə yükün sərhəddə ləngiməsi, əlavə logistik və saxlanma kimi xərclərin artmasına səbəb olduğu vurğulanıb. Sahibkarlar hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində ödənilməsi müddətinin 1 ilə uzadılmasını da təklif ediblər.
Dövlət Gömrük Komitəsinin nümayəndələri qaldırılan hər bir məsələyə həssas yanaşaraq, gömrük prosedurlarının sadələşdirilməsi ilə bağlı qanun çərçivəsində sahibkarlara dəstək verməyə hazır olduqlarını qeyd ediblər. Eyni zamanda qərara alınıb ki, təkliflər üzrə müzakirələrin aparılması və iqtisadiyyatın inkişafı üçün birgə səyləri gücləndirmək məqsədilə işçi qrupu yaradılsın.
Müzakirələr zamanı İkitərəfli Əməkdaşlıq Şurasının rübdə bir dəfə görüşməsi də məqbul hesab edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)






