Soyuğa və şaxtaya davamsız bitki – ŞAFTALI BAĞI NECƏ SIĞORTA OLUNMALIDIR?
İsti iqlim şəraitində yetişən şaftalı quraqlığa dözümlü olsa da, soyuğa və şaxtaya ən davamsız ağaclardan sayılır. Şaftalı ağacının ömrü orta hesabla 10-15 ildir. Bu müddət ərzində tez məhsul verməyə başlayır, düzgün qulluq və budanma sayəsində məhsuldarlığı yüksək olur. Həm təzə meyvəsi, həm də emal olunmuş məhsulu, xüsusilə də çəyirdəyindən əldə edilən faydalı yağ bu meyvədən hərtərəfli gəlir qazanmağa imkan verir.
Rəsmi statistikaya görə, Azərbaycanda 10 min hektar ərazidə şaftalı yetişdirilir və bu bağlar sürətlə genişlənir, təkcə 2023-cü ildə Azərbaycanda 1500 hektara yaxın yeni şaftalı bağı salınıb.
Ən böyük meyvəçilik zonası olan Quba-Xaçmaz iqtisadi rayonu şaftalı bağlarının sahəsinə görə birinci yerdədir. Belə ki, şaftalı bağlarının 5,8 min hektarı və ya 60%-ə yaxını Quba-Xaçmazda yerləşir.
Təkcə Xaçmaz rayonunda 3 685 hektar, Qubada 945 hektar, Qusarda 724 hektar ərazidə, Şabranda isə 373 hektar ərazidə şaftalı yetişdirilir. Ölkənin qərb rayonları – Tərtər, Samux, Şəmkir də şaftalı bağlarının məhsuldarlığına görə seçilir, Şəmkirdə 650 hektar, Tərtərdə isə 374 hektar şaftalı bağı var.
Azərbaycanda şaftalı bağlarından ildə 65 min tondan artıq meyvə yığılır və bunun böyük hissəsi ixrac edilir. 2021-ci ildə xaricə 23,4 min ton şaftalı ixrac olunub, bundan 29,2 milyon dollar gəlir əldə edilib. 2022-ci ildə ixracın həcmi 26,6 min tona, ondan gəlir isə 32,8 milyon dollara yüksəlib.
2023-cü ildə isə Azərbaycanın xaricə ixrac etdiyi təzə şaftalı meyvəsinin həcmi 45,2 min ton olub, bu meyvənin ixracından gəlir 51,4 milyon dollar təşkil edib. Başqa sözlə, son 3 ildə Azərbaycan şaftalı ixracından 110 milyon dollaradək gəlir əldə edib.
Şaxtaya və soyuğa həssas olan, peşəkar qulluq, budanma və xüsusi torpaq şəraiti tələb edən şaftalı bağlarının təbiət hadisələrindən, şaxta və donvurmadan, müxtəlif bitki xəstəliklərindən sığortalanması mart ayında həyata keçirilir.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində şaftalı bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür. Bura təbiət hadisələri, sel-subasma, dolu, qasırğa-fırtına, normadan artıq qar yağıntıları, yanğın, 3-cü şəxslərin hərəkəti və sair risklər aiddir. Bundan başqa, əlavə ödənişlə bağları dolu, keyfiyyət itkisi, şaxtavurma, müxtəlif bitki zərərvericiləri və xəstəliklərdən qorumaq mümkündür. Bu zaman sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödəniş etməklə şaftalı bağını sığorta edə bilərlər.
Məsələn, Quba-Xaçmaz bölgəsində 1000 manatlıq şaftalı məhsulunun baza zərfi ilə sığorta haqqı 29 manat təşkil edir, fermerlər bunun cəmi 14,5 manatını ödəməklə əkini sığorta edə bilərlər. Həmin bölgədə şaftalı meyvəsini eyni zamanda şaxtavurmadan (donvurmadan) da sığorta etmək üçün fermerin ümumilikdə 24,5 manat ödəməsi kifayət edir.
Mərkəzi Aran regionunda isə 1000 manatlıq şaftalı məhsulunun baza zərfi ilə sığorta edilməsi fermerə cəmi 12,9 manata başa gələcək. Məhsulun həm də şaxtadan sığortalanması üçün isə ümumilikdə 19,3 manat ödəniş tələb olunur.
Bundan başqa, əlavə ödəniş etməklə şaftalı bağını bitki xəstəliklərindən və dolu vurması nəticəsində keyfiyyət itkisindən də sığortalamaq mümkündür. Bu sığorta dolu vurması nəticəsində meyvənin görünüşünün korlanması səbəbindən qiymətinin ucuzlaşmasından dəyən zərəri qarşılayır.
Fermerlər və təsərrüfat sahibləri şaftalı bağlarının sığortalanması üçün 1651 nömrəsi vasitəsilə Aqrar Sığorta Fonduna müraciət edə bilərlər. Fermerlər bağın yerləşdiyi bölgə, məhsuldarlığı və seçdikləri sığorta növünə görə ödəyəcəkləri məbləği Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi veb-saytında “Sığorta Kalkulyatorları” bölməsindən özləri də hesablaya bilərlər.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat sonra
- 3 d. əvvəl
-
7 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
Bu gün Prezidenti İlham Əliyevin doğum günüdür
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
Ən çox oxunanlar
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi















