Azərbaycan hotelləri Novruz bayramından necə çıxıb?
Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
Bunu açıqlamasında "Azərbaycan Turizm Peşəkarları Təşkilatı" İctimai Birliyinin sədri Ceyhun Aşurov bildirib.
Bununla belə, onun sözlərinə görə, ölkədəki hotellər bayramda boş qalmayıb, xüsusilə regionlardakı hotellərdə daha çox aktivlik müşahidə olunub: "Azərbaycan vətəndaşlarının 90-95 %-i regionlarda istirahət edib. Bu da regionlardakı hotellərin doluluğuna, ictimai iaşə müəssisələrinin fəaliyyətinə müsbət təsir edib. Bəzi bölgələrə, xüsusilə Qəbələ rayonuna sürət qatarı işlədiyi üçün həmin istiqamət turistlər arasında daha populyar olub. Gözlənilən odur ki, Ramazan bayramı ərəfəsində də hotellərdə sıxlıq müşahidə olunacaq. Bakıya gələn turistlərin də sayında artım gözlənilir”.
"Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov isə açıqlamasında bildirib ki, bayram günlərində bütün hotellərdə doluluq müşahidə edilib: “Azərbaycanda bayram ərəfəsində turizm sektoru ən yüksək mövsüm kimi qiymətləndirilir. Həm də bir həftəl iş günləri olmadı və vətəndaşlarımız regionlardakı hotellərinə üz tutdular. Demək olar ki, bütün hotellərdə doluluq olub”.
Turizm eksperti qeyd edib ki, sektor koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmləri bərpa etmək üzrədir: “Hələ ki, pandemiyadan əvvəlki rəqəmlərə çatmamışıq. 2019-cu ilin rəqəmlərinə hələ indi çatırıq. Bayram günlərində turistlərdən hər hansı bir şikayət daxil olmayıb. Ramazan ayı olduğu üçün müsəlman ölkələrindən gələnlərin sayı az idi, amma hər halda axın var idi".
"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi isə açıqlamasında bildirib ki, Novruz bayramı tətilləri turizm sənayesi üçün uğurlu keçib: "Regionlarda 5 ulduzlu hotellərin doluluğu 95-100 % olub. Digər yerləşdirmə vasitələrinin satışı da yüksək olub. Ənənəvi olaraq populyar və daha tanınmış destinasiyalarımız yenə də liderdirlər – Quba, Qusar, Qəbələ, Lənkaran, Astara, Şamaxı-İsmayıllı regionları, Gəncə şəhəri və Göy-Göl əraziləri olub. Xarici turistlərin də sayı gözəçarpan dərəcədə yüksək olub. Deyə bilərəm ki, Bakıda - İçərişəhərdə fəaliyyət göstərən bir çox hotellərin doluluğu yüksək olub. Növbəti həftələrdə açıqlanacaq rəsmi statistika daha ətraflı analiz etməyə imkan verəcək”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 42 d. əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
2 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
3 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Ən çox oxunanlar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"






.jpg)
.jpg)






.jpg)







