“İrşad” 2023 - cü ildə dövlət büdcəsinə 86.5 milyon manat vergi ödəyib – 48% artıb
Azərbaycanda mobil telefon, elektronika və məişət texnikası satışı üzrə fəaliyyət göstərən ən böyük mağaza şəbəkələrindən biri “İrşad” ötən ilin nəticələrinə görə 2023-cü ildə də bu sektorda öz mövqeyini qoruyub saxlayıb.
2023-cü ildə “İrşad”ın əldə etdiyi iqtisadi gəlirlər fonunda dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənişlər davam etdirilib.
2023-cü ildə “İrşad” tərəfindən dövlət büdcəsinə ödənilən əlavə dəyər vergisi (ƏDV) 43% artaraq 54 milyon 256.6 min manata, idxal rüsumu 65.5% artaraq 25 milyon 620,6 min manata, əmlak vergisi isə 20.6% artaraq 820 min manata yüksəlib. Şirkət təkcə ötən il dövlət büdcəsinə 86 milyon 524,6 min manat vergi ödəyib.
Bundan əlavə, “İrşad”ın 2023-cü ildə Məcburi Dövlət Sosial Sığorta ödəmələri (DSMF) 38% artaraq 3 milyon 705 min manat, sosial sığorta və işsizlikdən sığorta ödəmələri 38% artaraq 148 min 191 manat, icbari tibbi sığorta ödəmələri isə 45% artaraq 624 min 146 manat təşkil edib.
Ümumilikdə, “İrşad Electronics” MMC-nin 2023-cü ildə dövlət büdcəsinə, vergi və sosial müdafiə ödəmələri 2022-ci illə müqayisədə 48% çoxdur.
Şirkətin ötən il işçi sayı 250 nəfər artaraq 1108 nəfərə çatıb, bu da ölkənin məşğulluq bazarında böyük rolu olmasından xəbər verir.
“İrşad” fəaliyyəti dövründə filial şəbəkəsini də artırıb. Belə ki, Bakıda 23, bölgələrdə 24 mağazası və 3 texniki servis məntəqəsi ilə müştərilərinə xidmət göstərib. Ötən il işğaldan azad olunmuş ərazilərdə ilk elektronika mağazasını açan şirkət “Füzuli” mağazasına işçi yığımını davam edir.
“İrşad” müştərilərə daha əlçatan olmaq üçün mobil tətbiqi vasitəsilə də bir çox xidmətlər göstərib. Şirkətin “Bonus” xidmətindən minlərlə müştəri yararlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









