"Azərbaycan iqtisadiyyatı 2018-də 1%-ə qədər arta bilər"
Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,5-1 faiz artacağını proqnozlaşdırır.
Bunu bankın Bakı Ofisinin rəhbəri Navid Hassan Naqvi deyib.
Onun sözlərinə görə, bu il bank ölkə iqtisadiyyatının 1-1,5 faiz azalacağını gözləyir:
"Təəssüf ki, Azərbaycan iqtisadiyyatı neft sektorundan həddən çox asılıdır. Amma enerji resurslarının qiymətinin aşağı düşməsi və bunun ardınca milli valyutanın devalvasiyası digər sektorların inkişafı üçün imkan yaradıb. Hazırkı mübadilə məzənnəsi bir çox potensial aqroməhsul ixracatçılarına ixracatı müxtəlif bazarlarda daha rəqabət qabiliyyətli qiymətlərlə reallaşdırmağa imkan verəcək".
Naqvi bildirib ki, neftin qiymətinin düşməsi dövlətin gəlirlərinin azalması deməkdir və bu ölkə iqtisadiyyatını diversifikasiya etməyə imkan verəcək islahatlar barədə düşünməyə vadar edir:
"Təbii ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında vəziyyəti əsas tutaraq, müxtəlif islahatları üzərində işləməyə davam edir. Bu baxımdan, biz 2016-cı ilin sonunda - 2017-ci ilin əvvəlində dərc olunan strateji yol xəritələrinin qəbul olunmasını alqışlayırıq".
Navid Hassan Naqvi digər belə islahatlar arasında Maliyyə Sabitliyi Şurasının yaradılmasını qeyd edib. Lakin onun fikrincə, bütün islahatlar vaxt tələb edir, buna görədə onların səmərəliliyi barədə danışmaq hələ tezdir. Bununla belə, agentliyin müsahibi əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən islahatlar ölkə iqtisadiyyatına çox yaxşı nəticə göstərmək üçün potensiala malikdir.
Qeyd edək ki, Azərbaycan Dünya Bankı qrupuna 1992-ci ildə qoşulub.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























