"Ziraat Bank Azərbaycan"dan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!
(®) Daim Korporativ Sosial Məsuliyyət strategiyasına sadiqliyi ilə diqqətləri öz üzərinə çəkən Ziraat Bank Azərbaycan bu dəfə Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin iştirakı ilə keçirilən tədbirə dəstək oldu.
Tədbir şəhid və qazi övladları, həmçinin kimsəsiz uşaqlar üçün təşkil olunub. Hər il ənənəvi olaraq təşkil olunan tədbirdə Gəncə uşaq incəsənət məktəbinin, Gəncə Dövlət Filarmoniyasının, Gəncə Uşaq Evinin, Fikrət Əmirov adına 1 saylı uşaq musiqi məktəbinin, Aşıq Şəmşir adına Göygöl rayon musiqi məktəbinin istedadlı şagirdlərinin təqdimatında bir-birindən maraqlı çıxışlar izlənilib.
Bankın dəstəyi ilə tədbirdə iştirak edən bütün uşaqlara Türkiyə Respublikasının Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.
Qeyd edək ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
20 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb






.jpg)






.jpg)









.jpg)


