Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46 %-dən çox artıb
Orta qiymət 215,3 manat təşkil edib. Ən yüksək qiymət 309,4 manat olmaqla Qubada qeydə alınıbOnlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,3 manat təşkil edib.
Dövlət Turizm Agentliyinin hesabatından araşdırmasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46,5 % çoxdur.
Hesabat dövründə ən yüksək qiymət 309,4 manat olmaqla Qubada qeydə alınıb. Ötən ilin eyni dövründə isə rayonda 5 ulduzlu hotel olmayıb.
İkinci yerdə də 307 manat olmaqla Qəbələ hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 14 % çoxdur.
5 ulduzlu hotellər arasında üçüncü yeri isə 233,8 manat olmaqla Naftalan tutub. Bu rayonda orta qiymət illik müqayisədə 6,9 % azalıb.
Şamaxıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 213,8 manata (+ 27 %), Bakıda 209 manata (+39,7 % ), Lənkəranda 170 manata (+ 26,8 %), Abşeronda 165 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Şabranda 154 manata (+ 15 %), Qaxda 153,7 manata (+ 13,8 %) İsmayıllıda 152,5 manata (ötən ilin eyni dövründə rayonda 5 ulduzlu hotel olmayıb), Şəkidə 71 manata (+ 56 %) başa gəlib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


