İlin sonuna qədər Astara terminalının inşasında əsas işlər yekunlaşacaq
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi sayılan Astara terminalında əsas inşa işlərinin 2024-cü ilin sonuna qədər yekunlaşması gözlənilir.
Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib.
O bildirib ki, 2017-ci ildə Astara terminalının inşasına başlanılıb və bu terminal Rusiya, Belarus və İran üzərindən tranzit yük həcmlərinin cəlbinə imkan yaradır.
E. Məmmədov qeyd edib ki, terminalın tikintisi bu il intensiv templə aparılacaq: “2023-cü ildə Astara terminalına 800 min tona qədər yük cəlb edilib. Tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 4 milyon tona çatdırılması nəzərdə tutulur”.
Xatırladaq ki, terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan “Astara Terminal” MMC tərəfindən aparılır. Aşırılan yüklər taxta və taxta məmulatları, tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel), kimyəvi məhsullar, dənli bitkilər (arpa, taxıl, buğda və mərci), meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, qida məhsulları və alkoqolsuz içkilərdir.
Astara çayı üzərindəki körpüdən terminal ərazisinə qədər 1,4 km uzunluğunda dəmir yolu xəttinin və dəmir yolu xəttinin mühafizə zolağının hasarlanmasının, terminal daxilində 8,7 km uzunluğunda dəmir yolu xəttinin, ikiaşırımlı Bağçasaray körpüsünün, 5 suötürücü qanovun tikintisi tamamlanıb.
© "Report"
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
14 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
14 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
15 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























